Qarabağdan verilən böyük mesaj: Zəngəzur dəhlizi mütləq açılacaq - ŞƏRH
Yusif Nəzərli
09:51 20.07.2025
Gündəm
650
Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda xarici jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı suallarını da cavablayıb. Dövlət başçısı vurğulayıb ki, Əbu-Dabidə Ermənistan baş nazirinə deyib ki, bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Prezident qeyd edib ki, bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir:
"Bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil. Bizim tələbimiz budur. Bu legitim tələbdir, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq. Mən yaxşı xatırlayıram sovet dövründə Bakıdan Naxçıvana hərəkət edərkən, məhz Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, qatarların pəncərələri qırılırdı. Tarix budur. Biz bunu çox yaxşı xatırlayırıq. Bu, sovet dövrü idi, nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü dövr idi. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə burada heç bir fiziki təmas olmalı deyil. Və onların təminatı təhlükəsizlikdir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Şuşada keçirilən Media Forum çox önəmli və böyük əhəmiyyətə malik tədbir idi.
Ekspert bildirib ki, məhz Qarabağın mərkəzindən bir çox ünvanlara çatdırılan mesajlar bir daha dövlətimizin qətiyyətini, Prezidentin mövqeyini ortaya qoydu:
"Şübhəsiz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir və bunun üçün lazımi işlər aparılır. ABŞ-nin şirkətinin nəzarət istəyi məsələsinə də toxunulması Zəngəzura dünya miqyasında diqqətin olduğunu göstərir. Böyük əhəmiyyətə malik olan bu dəhliz məsələsini Azərbaycan elə həll etmək istəyir ki, heç bir xarici şirkətin ölkəmizə təsiri olmasın. Zəngəzur dəhlizi mütləq açılacaq. Sadəcə maraqların və maneələrin çox olduğu səbəbi ilə bu məsələ ətrafında hələ müzakirələr, danışıqlar gedir. Eyni zamanda çalışılır ki, Azərbaycanın maraqları tam təmin olunsun. Təbii ki, Zəngəzura istər Rusiyanın, istər ABŞ-nin müdaxiləsi regiondakı toqquşan maraqların və siyasi çaxnaşmaların fonunda məqsədəuyğun olmaz. Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa burada başqa dövlətin müdaxiləsinə, ortaqlığına heç bir ehtiyac qalmır.
Cənab Prezidentin Zəngəzurla bağlı bəyanatları onun bu məsələdə prinsipiallığını göstərir. Görünür ki, hər vəchlə bu məsələnin həlli üçün maksimum işlər götürülür, diplomatik yollarla danışıqlar aparılır. Bu bəyanatlar tam dolğunluğu ilə Azərbaycanın mövqeyini ortaya qoydu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi