Yerjan Kazıxan Qazaxıstan Prezidentinin ABŞ ilə əməkdaşlıq üzrə nümayəndəsi təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə Qazaxıstanın BMT və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yerjan Kazıxan ABŞ ilə əməkdaşlığın aktual məsələləri üzrə danışıqlar prosesində Qazaxıstan Prezidentinin nümayəndəsi vəzifəsi tapşırılıb.