Qazaxıstan və Rusiya vətəndaşları Astara sərhədindən təxliyə olundu

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, təxliyə çərçivəsində Qazaxıstanın 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə təxliyə olunub.

Bundan əlavə, səhər saatlarında Rusiyanın 8 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.