Qazi nazirə haqq qazandırdı: “Sosial şəbəkələrdə ehtiyatlı olun!" – Sirr verməyin!
Fidan Həmişəyeva
13:07 19.08.2020
Gündəm
1036
“Müəyyən hərbi hissə və yaxud hərbi mükəlləfiyyətli adamla bağlı fikir bildirəndə diqqətli olmalıyıq”
“Çünki bu məlumatları yalnız özümüz yox, düşmən də oxuyur”
“Ona görə nazirimizin belə bir açıqlaması olmalı idi”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mediaya açıqlamasında mühüm məqamlara toxunub. Nazir bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirlər formalaşdırmaqdır:
“Bu gün sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəy formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.
Əlbəttə, biz bilmədiyimiz çoxsaylı kəşfiyyat məlumatlarına malik nazirin açıqlaması əsassız deyil. Çox güman ki, düşmənin çirkin əməllərinə dair yetərli sübutlar var. Təəssüf ki, bir çox hallarda vətəndaşlarımız sosial şəbəkə paylaşımlarında diqqətli olmurlar. Müəyyən məlumatları qeyd etməklə düşmənin informasiya əldə etməsinə şərait yaradırlar. İşğalçı ölkə də çirkin xislətindən əl çəkmir. Xüsusilə də günlərinizn böyük bir hissəsini sosial şəbəkələrdə keçirən gənclərimizdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışırlar və buna dair sistemli kampaniya aparırlar.
Mövcud duruma dair “Sherg.az”a danışan ehtiyatda olan zabit, qazi İlham Tumas müdafiə nazirinin açıqlamasında böyük həqiqət olduğunu deyib.
“Çünki son hadisələr göstərir ki, doğrudan da sosial şəbəkələrdə düşmən qüvvələr var. Onlar gənclərimizi dövlətə qarşı yönəltmək istəyirlər. Lakin ermənilərdən başqa azərbaycanlılar da bu işlərə əl atır. Bəzi azərbaycanlılar ermənilərdən geri qalmır. Onların əksəriyyəti burda, bəziləri də xarici ölkələrdə yaşayır. Ehtiyatlı olmaq lazımdır. Müəyyən hərbi hissə və yaxud hərbi mükəlləfiyyətli adamla bağlı fikir bildirəndə diqqətli olmalıyıq. Çünki bu məlumatları yalnız özümüz yox, düşmən də oxuyur. Ona görə nazirimizin belə bir açıqlaması olmalı idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə