Qazinin dəfnində izdiham yaşandı: Xalq şəhidinə bu dəfə də ehtiramını göstərdi
Şəymən Bayramova
09:31 12.02.2020
Gündəm
1287
Vəfat edən Qarabağ qazisi Qoşqar Hacıyev dünən dəfn olunub. Mərhum Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Q.Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib. Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.
“Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov da "Sherg.az"a açıqlamasında deyib ki, şəhid qazimiz böyük bir izdihamla "Qurd qapısı"da hərbiçilər üçün ayrılan qəbiristanlığında dəfn olunub:
"Azərbaycan xalqı bu dəfə də şəhidinə öz ehtiramını və rəğbətini göstərdi. Yüzlərlə insan qazimizi dəfn etmək üçün Heydər məscidinin qarşısına toplaşmışdı. Cənazə namazı qılındıqdan sonra şəhidimiz üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə dəfn olunmaq üçün "Qurd qapısı"na aparılaraq dəfn edildi. Dəfndə Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri iştirak edirdi. Düzdür, şəhidimizin bu formada dəfn olunmasından narazı qalmadım, amma daha təmtəraqlı təşkil eləmək olardı. Bizim üçün vacib olan xalqın öz şəhidinə bəslədiyi hörmətidir. Maşınların və insanların sayı hesabı yox idi. İzdihamlı bir dəfn oldu. Gənclərimiz çox aktiv iştirak elədi. Qoşqar bu xalq üçün özünü fəda edib. Bu Vətən, bu millət üçün digər şəhidlərimiz və qazilərimiz kimi sinəsini sipər edib. Qazilər əslində vətənin bir parçası, bir hissəsidir. Şəhidlərimiz isə tam vətənləşmiş Vətən torpağıdır. Qazilərə və şəhidlərə olan hörmət isə əslində Vətənə olan hörmətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya