Qəbələ cənnət olacaq, qazancımız da artacaq
20:35 26.02.2021
Gündəm
639
Dəmir yolu xəttinin çəkilməsi turist axınını dəfələrlə artıracaq
"Qəbələ rayonuna - "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti hazırdır". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Prezident nə vaxt istəsə onun açılışını edəcək", - o qeyd edib.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, yeni Qəbələ dəmir yolu xətti turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək. O vurğulayıb ki, həmin ərazilərə qatarla getmək reallaşandan sonra bu, kütləvi turizmə də müsbət təsir göstərəcək: "Qəbələ dəmir yolu xətti Azərbaycanda həm daxili, həm də xarici turizmin inkişafı baxımından çox vacibdir. Nəzərə alsaq ki, pandemiyadan öncə ölkəyə gələn turistlərin böyük bir qisminin məhz ziyarət etdiyi yerlərdən biri bura idi. Eyni zamanda bu bölgə Azərbaycan vətəndaşlarının da üstünlük verdiyi bölgələrdəndir".
V.Bayramov əlavə edib ki, yeni dəmir yolu turizmin inkişafı ilə yanaşı eyni zamanda nəqliyyatın inkişafına da öz töhfəsini verəcək:
“ Nəzərə almaq lazımdır ki, son illər ərzində Azərbaycanda nəqliyyatın sürətli inkişafı müşahidə olunur. Bu da turistlərin ölkə daxilində sərbəst və daha tez hərəkət etməsi baxımından vacib amildir. Əvvəllər Azərbaycanda turistik bölgələrə dəmir yolu xətti yox idi. Nəzərə alaq ki, dəmir yolu nəqliyyatı turistlər üçün daha cəlbedicidir. Dəmir yolu xəttindən istifadə etməklə ölkələrarası turizmdən də yararlanmaq mümkündür. O baxımdan da bu, həm də daxili turizmin inkişafını stimullaşdıracaq. Eyni zamanda Azərbaycana gələn xarici turistlərin sayına da müsbət təsir göstərəcək. Məhz həmin dəmir yolu xətti onların rahat şəkildə Qəbələyə səfər etməsinə imkan yaradacaq. Bu da nəticə etibarilə təbii ki, orda ictimai, iaşə və xidmət sektorunda çalışan sahibkarların daha çox gəlir və dövriyyəyə malik olmasına gətirib çıxaracaq. Eyni zamanda təbii ki, bu həm də nəqliyyat qovşağının inkişafına imkan verəcək və daxili nəqliyyat sisteminin inkişafı üçün yeni imkanlar yaradacaq. Bu baxımdan da dəmir yolu xəttinin çəkilməsi iqtisadi baxımdan əhəmiyyətlidir. Birmənalı şəkildə Qəbələ dəmir yolu xəttinin turizm, ictimai-iaşə sektorlarına müsbət təsiri olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region