
Qərb Rusiyaya qarşı koalisiya formalaşdırır - ŞƏRH
Yusif Nəzərli
15:03 20.07.2025
Gündəm
308
Məhəmməd Əsədullazadə: “Rusiyanın məqsədi Qərbi parçalamaq idi, amma özü təcrid olunur!”
Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər. Bu barədə “X” sosial şəbəkədəki səhifəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas məlumat verib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər siyahısına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət həddinin tətbiqi daxildir.
Möhkəm dayandıqlarını vurğulayan K.Kallas qeyd edib ki, Aİ bu günə qədər Rusiyaya qarşı ən sərt sanksiya paketlərindən birini təsdiqləyib.

Politoloq Məhəmməd Əsədullazadə isə Sherg.az-a açıqlamasında Avropa İttifaqının və ABŞ-nin Rusiyaya qarşı sərt xətt siyasətinin yeni müstəviyə keçdiyini vurğulayıb. M.Əsədullazadə deyib ki, qətnamənin qəbuluna Slovakiya və Macarıstan veto qoyurdu:
“Slovakiya Baş naziri qaz qiymətləri ilə bağlı Avropa Komissiyası ilə razılıq əldə etdikdən sonra, milli maraqlara uyğun olaraq bu qətnaməni dəstəkləyib. Macarıstan Baş naziri V.Orban isə Avropa İttifaqını tərk edəcəyi mesajını verib. Bu iki ölkə Ukraynaya hərbi və maliyyə yardımlarına qarşı olaraq Avropa İttifaqının birliyinə zərbə vururdu. Artıq Avropa İttifaqı hərbi və iqtisadi cəhətdən güclənərək hər iki ölkəni sıxışdıraraq Rusiyaya qarşı kəskin qətnamənin qəbuluna nail oldu”.
Politoloq bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci paketi Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Həmçinin neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur:
“Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir. Təbii ki, bu sanksiyalar Rusiyanın neft sektoruna ciddi şəkildə mənfi təsir edəcək. Demək olar ki, Qərb Rusiyaya qarşı ciddi hərbi-siyasi və iqtisadi koalisiya formalaşdırır. Rusiyanın Ukraynaya hərbi hücumunda əsas planı Qərbin birliyini və təhlükəsizlik arxitekturasını dağıtmaq idi. Hazırda Qərb daha da konsolidasiya olaraq Rusiyaya qarşı möhkəmlənir. Bununla da, Avropa İttifaqı yeni hərbi və siyasi mərkəz kimi geosiyasi mövqelərini gücləndirir. Eyni zamanda, Rusiyaya iqtisadi və hərbi təzyiqləri artıraraq Ukraynada strateji məğlubiyyətə uğradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Ənənəvi ata modeli dəyişir” - Yazıçı
09:39 21.06.2026
Cəmiyyət
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
09:22 21.06.2026
Hərbi
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya