Qərbi Azərbaycan İcması Belçikanın yeni hökumətinə çağırış edib
Yusif Nəzərli
11:17 09.02.2025
Gündəm
338
Qərbi Azərbaycan İcması Belçikanın yeni hökumətini Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırıb.
Sherg.az-ın xəbərinə görə, bu barədə İcmanın bəyanatında bildirilib.
Qeyd edilib ki, Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurub: “Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Koalisiya sazişində “dağlıq qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan əlavə, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.
Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.
Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə