Qeydiyyatsız evlər ! - Problemə niyə əncam çəkilmir? – Səbəb və çıxış yolları göstərildi
Fidan Həmişəyeva
11:13 09.09.2020
Gündəm
1428
Ölkəmizdə dövlət qeydiyyatına alınmayan xeyli sayda daşınmaz əmlak, o cümlədən ev var. Zaman-zaman sözügedən məsələ haqqında danışılsa da, problem hələ də həllini tapmayıb.
Qeydiyyatsız evlər vətəndaşın hüququ statusunun olmadığının göstərcisidir. Ev alğı-satqısında mənzil sahibi əmlakı üzərində hüquqa malik olmadığı üçün heç bir prosesi yerinə yetirə bilmir.
Məsələnin həlli yolları Milli Məclisdə də müzakirə olunub. Müxtəlif təkliflər səsləndirilsə də, bu problemə əncam çəkilmir.
Qeydiyyatsız evlərlə bağlı problemin dəfələrlə gündəmə gəldiyini deyən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov“Sherg.az”a açıqlamasında ciddi məqamların olduğunu bildirib:
“Məsələn, bütöv qəsəbələr yaranıb, amma kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərindədir. Yaxud həmin qəsəbə Dövlət Torpaq Fondunundur və hansısa şirkətin balansına istifadə üçün verilib, məsələn SOCAR-ın. Eyni zamanda qəsəbə kommunikasiyanın altında, ya da üstündə yerləşir. İndiki halda qanunvericilik belə evlərin dövlət reyestrinə daxil edilməsinə imkan vermir. Ona görə problem həllini tapmır. Təbii ki, burada sürüdürməçilik, korrupsiya kimi hallar da var”.
Liqa sədri qeydiyyatsız evlərlə bağlı problemin həllinə dair təkliflərini də səsləndirib:
“Yeganə variant odur ki, torpaq sahəsi mənzili tikən şəxsə məxsusdursa, onun üzərində mülkiyyət hüququ varsa, evi icazəsiz tikməyindən asılı olmayaraq ona sənəd verilməlidir. Gərək kommunikasiyanın altında yaxud üstündə olan, ev tikmək üçün kənd təsərrüfatı təyinatı olmayan və ya qanunsuz zəbt olunmuş torpaq sahələrində mənzilin tikilməsi ilə bağlı qanunvericilik dəyişsin.
Belə mənzillər üçün müvəqqəti rejim təyin olunsun. Məsələn, daşınmaz əmlak kimi reyestrə daxil olmasın, amma yaşayış sahəsi kimi uçota alınsın və bilinsin ki, ölkədən belə tikililər nə qədərdir. Eyni zamanda uçota alma mənzil sahiblərinə hüquqi rejimə sahib olmağa imkan versin.
Yəni alğı-satqı, əmlak üzərində hüquqlarını həyata keçirmək hüququ olmasa belə, vətəndaşın müvəqqəti ünvanı olsun, kommunal orqanlarla müqavilə bağalaya bilsin. Ən azı bu barədə qanunvericilikdə müvəqqəti rejim yaradılmalıdır. Problemin həllini bunda görürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə