“Qızıl amnistiya”: “ “Dəmir yumruq” ab-havası güclənəcək”
Fidan Həmişəyeva
13:53 12.02.2021
Gündəm
926
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bu il “qızıl amnistiya” qərarının olacağı ehtimalını irəli sürüb. Millət vəkili bildirib ki, Vətən Müharibəsində qələbə milli birlik olmadan qazanıla bilməzdi.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev bütün idarəçiliyi dövründə dövlətin humanizm siyasətini digər tədbirlərdən üstün tutub:
“Əfv Komissiyasının üzvü kimi aldığımız müraciətlərin içərisində son dövrlər məhz şəhid ailələrinə və yaralı hərbçilərimizə yaxın insanların, eləcə də arxa cəbhədə fədakarlıq göstərən insanlarımızın yaxınları ilə bağlı böyük əfv, yaxud “qızıl amnistiya” gözləntisində olanlar çoxluq təşkil edir.
Prezident İlham Əliyevin “qızıl amnistiya” qərarı ilə çıxış edəcəyi haqda informasiyaları Zəfər salnaməmizin davamı kimi görmək istəyənlər daha çoxdur. Lakin bir qədər gözləyək və sıx iş qrafiki altında, gərgin beynəlxalq və daxili gündəlik, xüsusilə Böyük Qayıdış strategiyası üzərində çalışan ölkə rəhbərinin ən mühüm dövləti işlər içərisində azadlıq arzusunda olan insanları da sevindirəcəyinə hər birimiz dərindən inanırıq. Qəbul ediləcəyi təqdirdə “qızıl amnistiya” ictimai-siyasi-hüquqi akt kimi yeni tariximizə mühüm səhifə kimi daxil olacaq”.
Prezident yanında Əfv Komissiyasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Sherg.az”a açıqlamasında bildirib ki, son 1 ildə Əfv Komissiyası pandemiya səbəbindən toplaşmayıb:
“Adətən yanvar ayından sonra bu iclaslar başlayırdı. Obyektiv səbəbdən isə toplantılar baş tutmur. Lakin əhali, xüsusilə məhkum edilmiş şəxslərin yaxınları çox maraqlanır. Ona görə də amnistiya məsələsinin gündəmə gəlməsi məqsədəuyğun olar. Çünki amnistiya ilə bağlı sonuncu dəfə bir neçə il öncə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Parlamentdə çıxış etmişdi”.
R.Məcid qeyd edib ki, 44 günlük Vətən müharibəsini uğurla başa vumuşuq, ölkəmizdə xoş bir ovqat yaranıb:
“Əlbəttə, bu ovqat bütün ölkəyə, o cümlədən məhkumlara və onların yaxınlarına təsir göstərib. Fikrimcə, belə bir zamanda amnistiya aktı qəbul olunsa, yaxşı olar.
Zahid Orucun fikirlərini dəstəkləyirəm. İnanıram ki, “qızıl amnistiya” təşəbbüsünün olması ölkədəki milli birlik və “Dəmir yumruq” ab-havasını daha da gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat