Qızıl Xaçın maskası yırtılır - RƏY
Yusif Nəzərli
03:43 20.06.2025
Gündəm
262
Azərbaycanda BQXK-nın qaranlıq əməlləri ifşa olundu
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı gözlənilir. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib. Vurğulanıb ki, Komissiya əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.
Qeyd olunub ki, BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür. Hələlik, bu məlumata BQXK-nın Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb. Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən 1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə itkinlərin sayını cəmi altı açıqlayıb. Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə Birinci Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb. Rəsmi Yerevanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır. Xatırladaq ki, BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb. Rəsmi Bakı hələ bu il martın əvvəlində BQXK-nın Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda onlara bilgi verib.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandıracağı barədə xəbər yayılması gözlənilən idi. Ekspert vurğulayıb ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin fəaliyyətinə heç bir xüsusi ehtiyac qalmayıb:
"Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən və Cənubi Qafqazda yeni reallıqların formalaşmasından sonra BQXK-nin istər ölkəmizdə, istərsə də regionda fəaliyyətini zəruri edən səbəblər tamamilə artıq aradan qalxıb. Bu ermənipərəst təşkilat, əslində, lap çoxdan Azərbaycanı tərk etməliydi. Ona görə ki, bu təşkilat öz səlahiyyətlərini aşaraq Azərbaycan ərazisində bəzi qanunsuz işlər görməklə öz obyektivliyini və etibarlılığını itirmiş və özünü diskreditasiya etmişdi. Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci ilin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə ofis açmışdı. BQXK bu ofisini hətta 44 günlük müharibədən sonra da bağlamaqdan hər vasitə ilə imtina edirdi. Bu, sözügedən beynəlxalq qurum tərəfindən Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar saymamazlıq idi. Qırmızı Xaç Komitəsi, həmçinin 2020-2023-cü illər arasında "humanitar missiya" adı altında qaçaqmalçılıqla məşğul olaraq Qarabağdakı keçmiş separatçı qurumun qanunsuz fəaliyyətinin dəstəklənməsində və erməni terrorçularının silahlandırılmasında bilavasitə iştirak edirdi".
Ə.Hüseynov xatırladıb ki, 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus təcili tibbi yardım maşınlarında qanunsuz yolla müxtəlif növ qaçaqmalın Xankəndiyə keçirilməsi cəhdinin qarşısını almışdılar:
"BQXK-nin bu cür riyakar hərəkəti həm Azərbaycan qanunlarının kobud şəkildə pozulması, həm də təşkilatın özünüifşasının təsdiqi idi. Eyni zamanda, BQXK-nin əməkdaşları quruma olan etimaddan sui-istifadə edərək, Ermənistanın xeyrinə müəyyən casusluq fəaliyyətləri ilə də məşğul olurdular. Bu barədə də bir sıra faktlar dövri mətbuatda ictimailəşib. Bir sözlə, BQXK beynəlxalq qurum yox, ermənilərin yaratdığı təxribatçı təşkilat kimi fəaliyyət göstərirdi. Bu təşkilat bütün imkanları ilə işğalçı Ermənistanın və Qarabağdakı keçmiş separatçı rejimin maraqlarına xidmət edirdi. Ona görə də biz bu təşkilatın münaqişə dövründə Azərbaycan üçün nəsə yaxşı bir iş gördüyünü xatırlamırıq. Bu baxımdan, BQXK Azərbaycan xalqının yaddaşında ədalətsiz, ermənipərəst qurum kimi qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya