Qorxmayın! - Koronavirus qeyri-adi xəstəlik deyil, qripin bir növüdür
Şəymən Bayramova
09:20 14.02.2020
Gündəm
2377
Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48 mini keçib. 3441 nəfər sağalaraq xəstəxananı tərk edib, 1310 insan isə bu virusdan dünyasını dəyişib. Qeyd edək ki, Azərbaycanda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 1 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir.
Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə oradan Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.
Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.
Aylardır, dünyanı ayaqda saxlayan Koronavirusla bağlı "Şərq"ə danışan terapevt Aqil Axundovun sözlərinə görə, virus da insanlar, məməlilər, suda- quruda yaşayan heyvanlar kimi Allahın yaratdığı həyat formalarından biridir:
"Bunu deməkdə məqsədim əhalini koronavirus təşvişindən uzaq tutmaqdır . Səbəbsiz yerə yaşadığımız qorxu, və stress sonradan hansısa ağır bir xəstəliyə gətirib çıxara bilər. Koronavirus da bir çox yoluxucular kimi insandan- insana ötürülmə xüsusiyyətinə malikdir. İnfeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Qeyri-adi bir virus deyil".
Terapevt deyib ki, koronavirusun simptomları eynən qrip virusunda olduğu kimidir. Bu virusa yoluxan insanlarda yüksək hərarət, burunda axıntı, halsızlıq əlamətləri özünü göstərir:
"Sosial şəbəkələrdə, mediada yayılan həyəcanlı xəbərlər insanlarda qorxu yaratmaqdan başqa bir işə yaramır. Mövsümü xəstəliklər zamanı da ölüm faktları qeydə alınır. Təsəvvür edin ki, bizim avtomobil qəzasına düşüb ölmək ehtimalımız koronavirusa yoluxub ölməyimizdən daha yüksəkdir. Təşvişi bir kənara qoyun. Koronavirus və digər qrip viruslarına yoluxmamaq üçün maksimal şəkildə xəstə insanlarla kontakda olmayın. Xəstələndiyiniz halda evdən çölə çıxmayın. Bol maye qəbul edib, qida rejiminizə xüsusi diqqət edin. Maskalardan istifadə edin, vaksinasiya olunun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya