Regionun gələcəyi dialoqda axtarılır: Putin Pezeşkiyanla danışıb

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb.

Sherg.az xəbər verir ki, danışıq zamanı regiondakı vəziyyət müzakirə olunub. Pezeşkiyan ölkəsində vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş addımlar barədə Putinə məlumat verib. Tərəflər İran və regionla bağlı problemlərin yalnız siyasi və diplomatik yollarla həll olunmasının vacibliyini vurğulayıblar. Həmçinin Rusiya ilə İran arasında strateji tərəfdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.