ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan sonra Rusiyaya səfər edə bilərlər.
Bu barədə “Reuters“ agentliyi ABŞ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, amerikalı nümayəndələrin Rusiya rəhbərliyi ilə görüş keçirməsi ehtimalı var.
“ABŞ nümayəndələri Əbu-Dabidəki danışıqlardan sonra Rusiyada Prezident Vladimir Putinlə görüşə bilərlər”, – mənbə bildirib.
Mümkün səfərin tarixi və görüşün gündəliyi barədə əlavə məlumat verilməyib.