Rubio: Sülhə imza atanların hamısı əməl liderləridir, eynilə Tramp kimi

Burada əsas məqsəd Qəzzada sülhün davamlı olmasıdır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sadəcə “Sülh Şurası” deyil, həm də “Əməl Şurası”dır.

“Buraya toplaşanların hamısı əməl liderləridir, eynilə Prezident Tramp kimi”, - Rubio vurğulayıb.