Rusiya Avropa qaz bazarından tam şəkildə çıxa bilər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa İttifaqına (Aİ) qaz tədarükünün tamamilə dayandırılması üçün hökumətə müvafiq tapşırıqlar verəcək.
Sherg.az xəbər verir ki, Vladimir Putin Rusiya dövlət televiziya kanalı "Rossiya 24"-ə açıqlamasında enerji bazarlarında baş verən son prosesləri dəyərləndirib.
Putin, Ukraynanın Aralıq dənizində Rusiyaya məxsus tankerlərə pilotsuz dəniz vasitələri ilə hücum etməsinə münasibət bildirərək deyib: “Bu, terror aktıdır. Bu cür hadisələrlə ilk dəfə qarşılaşmırıq.”