
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir -ANALİTİK
Yusif Nəzərli
11:43 20.01.2025
Gündəm
457
Şimal qonşumuz dost dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir
Rusiyanın hakimiyyət dairələri ilə işləyən media qurumlarında ölkəmiz haqqında qarayaxma kampaniyası aparılır, xalqımızın ünvanına təhqiramiz ifadələr səsləndirilir.
Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə ölçü götürüldüyü halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir.
Siyasi ekspertlərin də qeyd etdiyi kimi həmin şəxslər Rusiya hakimiyyətinim nəzarətdədir və Azərbaycan xalqını da elə onların dili ilə təhqir edirlər.

Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən siyasi şərhçi Azər Niftiyevin fikrincə prosesi idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. Onun sözlərinə görə, gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar:
"Rusiyaya qarşı təzyiqlər davam etməkdədir. "Qoca qitə"dən və okeanın o tayından Moskvaya yönələn embarqolar və Ukraynada illərdir davam edən Qərb və Rusiya müharibəsi fonunda Azərbaycan heç bir zaman şimal qonşumuza qarşı cəbhədə yer almır, bütün təzyiq və təhdidlərə rəğmən, müstəqil xarici siyasətini davam etdirir. Hansı ki, dünya nizamının sarsıldığı və geosiyasi böhranın hökm sürdüyü bu şəraitdə Azərbaycanın mövqeyi Rusiya tərəfindən birmənalı şəkildə təqdir olunmalıdır. Lakin biz nəyin şahidi oluruq?
Rusiyanın hökumət mənbələrinə yaxınlığı heç bir şübhə doğurmayan mətbuat orqanlarında və TV- lərdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Rusiya hakimiyyət dairələri Azərbaycana qarşı "qara piar" kampaniyasını təşkil edən qeyd olunan KİV-lərdə özünün əleyhinə bir məqalənin belə tirajlanmasına dözüm nümayiş etdirmir.
Bəs o zaman ortaya haqlı suallar çıxır - Rusiya KİV şəbəkəsi nəyə nail olmaq istəyir? Yaxud nəyə görə və hansı səbəbdən rəsmi Rusiya dost və müttəfiq ölkəyə qarşı çeşidli təhqirlər və həqarətlər yağdırır? "Komsomolskaya pravda" və digər bu qəbildən olan iqtidaryönlü medianın hücumları yəqin ki, elə vahid mərkəzdən idarə olunur".
A. Niftiyevin sözlərinə görə, rus KİV-lərinin Azərbaycan əleyhinə apardığı "qara-piar" kampaniyası Azərbaycanın məlum təyyarə qəzası ilə bağlı haqlı tələbləri, günahkarların cəzalandırılması tələbindən sonra baş verib: "Burada məhz Rusiyanın günahkar olması heç kimə sirr deyil. Məsuliyyətsiz davranışlarına görə, Azərbaycan tərəfinin çox haqlı tələblərini yerinə yetirmək əvəzinə, onlar bir qədər də qabağa gedir, Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar.
Halbuki Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər.
Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı.
Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar.
Demək ki, şimal qonşumuz dost dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Şübhəsiz ki bütün bu davranışlar Rusiyaya başucalığı gətirmir və həm qarşılıqlı müttəfiqlik bəyannaməsi, Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl vurur".
Siyasi şərhçi sonda bildirib ki, bu səpkili hücumlar qarşılıqlı münasibətlərin ruhuna ziddir və rəsmi Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət