Rusiya PUA ilə bağlı materialları ABŞ-yə təqdim edib

Rusiya Müdafiə Nazirliyi yanvarın 1-də bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdi zamanı vurulması ilə bağlı əldə edilən materiallar ABŞ-nin Moskvadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndəsinə təqdim edilib.

Sherg.az xəbər verir ki, məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi Moskvada ABŞ-nin hərbi attaşesi ilə görüşüb və Ukraynanın dronlar vasitəsilə Rusiya Prezidentinin iqamətgahına hücum cəhdinə dair materialları ona təhvil verib.