“Razılaşdıq ki, Azərbaycanda birgə mərkəz yaradaq və pilotsuz uçuş aparatlarından istifadə edək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik”. Rusiya rəhbəri vurğulayıb ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər.
Rusiya rəhbərliyi Ankara ilə hesablaşmaq məcburiyyətindədir
Turan
10:24 19.11.2020
Gündəm
792
İndiki məqamda Türkiyəsiz problemi xeyrimizə həll etmək mümkün deyil
“Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” kanalına müsahibəsində deyib. Kreml rəhbəri vurğulayıb ki, Türkiyə əvvəldən Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üzvü idi və beynəlxalq həll mexanizminin içərisində yer alırdı. Putin əlavə edib ki, Türkiyə ilə Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübə var:
“Razılaşdıq ki, Azərbaycanda birgə mərkəz yaradaq və pilotsuz uçuş aparatlarından istifadə edək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik”. Rusiya rəhbəri vurğulayıb ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər.
O, Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını söyləyib. Yəni Kreml sahibi demək istəyib ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət sahəsi və imkanlar heç də az deyil. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da bildirib ki, Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi Ankaranın suveren qərarıdır.
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar isə Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ankarada görüşlərin davam etdiyini deyib.
AMİP rəsmisi, politoloq Əli Oruclu “Şərq”ə bildirib ki, Türkiyə Azərbaycanı təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, bütün məsələlərdə tam dəstəkləyir. Beynəlxalq arenada daim ölkəmizin arxasında durur. Ə.Oruclunun sözlərinə görə, qardaş dövlət olaraq biz həmişə Türkiyəyə güvənmişik:
“Dağlıq Qarabağ probleminin həllində Türkiyənin mənəvi və siyasi dəstəyi bizim mənfur düşmən üzərində qalib gəlməyimizdə mühüm rol oynadı. Erməni havadarlarının Azərbaycana təzyiqlərinin dəf edilməsində rəsmi Ankara durmadan çalışdı.
Məhz Türkiyənin və Prezident Ərdoğanın səyləri nəticəsində Rusiyanın torpaqlarımızın işğaldan azad edilməsində ciddi əngələ çevrilməsinin qarşısı alındı.
Rusiya daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəni dondurmaq və status-kvonu saxlamaq niyyətində olduqları hamımıza məlumdur. İndiki məqamda Türkiyəsiz problemi xeyrimizə həll etmək mümkün deyil. Qardaş ölkənin siyasi-hərbi gücünün fərqində olan Rusiya rəhbərliyi bu güclə barışmaq, Ankara ilə hesablaşmaq məcburiyyətindədir”.
Partiya təmsilçisi vurğulayıb ki, Türkiyə ilə hərbi saziş imzalanmalı, türk ordusu təcili surətdə Azərbaycanda yerləşdirilməlidir:
“Gec də olsa artıq bunların reallaşdığını görməkdəyik. Rusiya Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı çıxsa da, göründüyü kimi Türk ordusunun Azərbaycana gəlişinin, hətta Dağlıq Qarabağda yerləşməsinin qarşısını ala bilmir. Türk Silahlı Qüvvələri Rusiya ilə eyni qaydada atəşkəsə nəzarət etməli, qurulan postlarda birgə nəzarət həyata keçirilməlidir.
Türkiyə sülhməramlıları mütləq Dağlıq Qarabağ regionuna yerləşdirilməlidir ki, ehtimal olunan erməni-rus oyununu vaxtında pozmaq mümkün olsun, yaxud buna heç imkan verilməsin. Eyni zamanda ermənilərin xaricdəki havadarlarına da Azərbaycan-Türkiyə sarsılmaz dostluq və qardaşlığı görk olsun.
Bu həm də Azərbaycanın milli təhlükəsizliyi baxımından vacibdir. Nəzərə almaq lazımdır ki, hələ qabaqda görüləsi çox işlər var. Ermənilər və onun dəstəkçiləri sakit dayanmayacaqlar. Buna da hazır olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya