Rusiya Serbiyaya qarşı aqressivləşir - RƏY
Yusif Nəzərli
07:47 23.07.2025
Gündəm
394
Moskva əvvəlcə NATO və Avropa İttifaqını, sonra isə ənənəvi müttəfiqlərini də “düşmən” kimi görməyə başlayıb
Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan sonra Rusiya özünə düşmən elan etdiyi ölkələrin sırasını durmadan artırır. Moskvada son zamanlara qədər “dost və qardaş dövlət” olan Serbiyaya qarşı mənfi təbliğat getdikcə güclənir. Xüsusilə də Prezident Aleksandr Vuçiç Kreml təbliğatçılarının “qara siyahısına” salınıb.
Rusiyanın təbliğatçıları qeyd edirlər ki, Vuçiç Avropa İttifaqı və Almaniya ilə müqavilələr imzalayıb və Ukraynaya silah tədarükündə iştirak edib. Rusiya kəşfiyyatı iddia edir ki, Serbiya Ukraynaya çoxlu raket sistemləri və minaatan mərmiləri göndərib. Üstəlik, Serbiya Fransa ilə 2,7 milyard avro dəyərində “Rafale” qırıcılarının alınmasına dair müqavilə imzalayıb ki, bu da Belqradın Rusiyanın təsirindən uzaqlaşması kimi qiymətləndirilib. Kremlin əsas ideoloqu hesab edilən Aleksandr Duqin də Prezident Vuçiçi hədəf alıb. O deyib ki, bütün bunlara yol verən Serbiya Prezidenti artıq “legitimliyini itirib”.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Rusiyanın son illərdə yürütdüyü xarici siyasət, xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsi fonunda getdikcə daha aqressiv xarakter alır. Ekspert vurğulayıb ki, Moskvanın "hamı düşməndir" yanaşması, əvvəlcə NATO və Avropa İttifaqı ölkələrini, daha sonra isə özünün ənənəvi müttəfiqləri hesab olunan dövlətləri də əhatə etməyə başlayıb:
"Bu kontekstdə Serbiyanın da Kremlin təbliğat maşınının hədəfinə çevrilməsi təəccüblü deyil, lakin bu, daha böyük təhlükədən xəbər verir, digər ölkələrin də eyni aqibətlə üzləşmək ehtimalını artırır. Rusiyanın bu ölkə ilə kifayət qədər isti münasibətləri var idi. İstər qardaşlıq münasibətləri, istərsə də "Ortodoks ittifaqı" çərçivəsində sıx əməkdaşlıq mühiti qurulmuşdu. Enerji sahəsində yüksək əməkdaşlıq diplomatik müstəvidə də özünü göstərirdi. Lakin Rusiyanın son zamanlar Serbiyanın daxili işlərinə müdaxilə etməsi, Belqradı özündən asılı hala salmağa çalışması Prezident Vuçiçin Avropa İttifaqı ilə daha çox yaxınlaşmasına səbəb oldu. Buna paralel şəkildə Serbiya hərbi sahədə də Qərb dünyası ilə sıx əməkdaşlıq edir. Fransa ilə “Rafale” döyüş təyyarələrinin alınmasına dair müqavilə Serbiyanın Rusiya silah sənayesindən uzaqlaşdığını və NATO standartlarına yaxınlaşmaq istədiyini göstərir".
Z.Əmrəliyev əlavə edib ki, Rusiya tərəfi isə suveren ölkə olan Serbiyanın bu addımını qəbul etmək istəmir və bunu özünə xəyanət hesab edir:
"Kremlin təbliğat maşını Prezident Aleksandr Vuçiçi Qərbin adamı kimi qələmə verməklə ona qarşı olan müxalifətə də dəstək çağırışları edir. Bu isə rəsmi Belqradın Moskvadan daha da uzaqlaşmasına səbəb olur. Rusiyanın bu siyasəti özünün getdikcə tək qalmasına səbəb olur. Tərəfdaşları artıq Moskvanın sərt və hikkəli siyasətindən cana doyublar və bu müttəfiqliyi davam etdirməkdə maraqlı deyillər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi