Macarıstan Rusiya-Ukrayna müharibəsinin 2026-cı il ərzində dayandırılacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
“İnanırıq ki, Ukraynadakı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyalar ləğv edilməlidir”, - o bildirib.
Macarıstan lideri Rusiyaya qarşı sanksiyaların bütün Avropa iqtisadiyyatlarına zərər verdiyini iddia edib.