Rusiyada saxlanılanlar məhkəmə qarşısına çıxarılacaq - 5 nəfərin ölməsi xəbəri isə təsdiqlənmir
Yusif Nəzərli
11:34 28.06.2025
Gündəm
328
Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.
APA-nın əldə etdiyi məlumata görə, onlardan bəziləri barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Səfərov qardaşlarından biri Şakir Səfərov APA-ya bildirib ki, iki qardaşı - Ziyəddin və Hüseyn həyatlarını itiriblər. O, daha bir qardaşının və əmisi oğlanlarının ölməsi barədə məlumatları təsdiq etməyib.
Bildirib ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların nəşini morqdan götürmək üçün sənədləşmə işləri aparırlar: “Saxlanılan qardaşlarımın, əmim oğlanlarının uşaqları onlar haqqında məlumat ala bilmirlər. İki qardaşımın öldürüldüyünü bilirəm. Meyitləri morqdadır. Hazırda meyitlərin təhvil alınması və Azərbaycana yola salınması üçün sənədləri toplayıram”.
Şakir Səfərov ümumilikdə 60-dan çox azərbaycanlının saxlanıldığı barədə məlumat olduğunu deyib: “Saxlanılanlar təkcə bizim ailənin üzvləri deyillər. Onların arasında Azərbaycanın cənub zonasından - Cəlilabad rayonundan, Qarabağ bölgəsindən, Quba zonasından olan həmyerlilərimiz var”.
APA da öz mənbələri vasitəsilə dəqiqləşdirib ki, 5 nəfərin ölməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ölən azərbaycanlıların sayı 2 nəfərdir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya
İran Hörmüz boğazının açılması üçün əsas şərtləri açıqladı
16:19 21.06.2026
Region
"Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
15:31 21.06.2026
Futbol
KİV: Starmer istefa qərarını yaxın günlərdə açıqlaya bilər
15:15 21.06.2026
Dünya
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
15:00 21.06.2026
Region