Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu
Yusif Nəzərli
15:59 29.06.2025
Gündəm
323
“Politika stranı” Teleqram kanalı Rusiya ilə Azərbaycan arasında son günlər münasibətlərin gərginləşməsinə diqqət çəkib.
Teleqraf xəbər verir ki, sosial media Yekaterinbuqrdakı son zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən kifayət qədər düşünülmüş, nümayişkaranə şəkildə və kifayət qədər amansızlıqla həyata keçirildiyini yazıb.
O da qeyd olunub ki, Rusiya tərəfi son hadisələrdə həlak olan iki azərbaycanlının ölümündən sonra belə öz “hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin qanuniliyi ilə bağlı araşdırma aparmaq” barədə qeyri-müəyyən vədlər belə verməyib: “Ümumiyyətlə, Moskvadan qətl ittihamlarına praktiki olaraq heç bir rəsmi reaksiya yoxdur. Həmçinin Kremlin nəzarətində olan Telegram kanalları şəbəkəsi təhlükəsizlik qüvvələrinin müdafiəsinə qalxaraq, Bakının ünvanına sərt tənqidlər yağdırır”.
“Politika Stranı” Azərbaycana qarşı yönəlmiş bu terrorun səbəblərinə diqqət çəkir. Kanalın fikrincə, birinci səbəb Azərbaycanın “Rusiya Federasiyasından açıq-aşkar uzaqlaşması ilə bağlıdır” və AZAL təyyarəsinin vurulmasından sonra Moskva haqqında sərt bəyanatlar səsləndirilir: “Aydındır ki, bu, Kremlin xoşuna gəlməyəcək. İkincisi, Rusiyada azərbaycanlılar həm biznesdə, həm də kriminal iyerarxiyada çox ciddi mövqelər tuturlar. Bu iki faktı bir araya gətirsək, güman etmək olar ki, Moskva Rusiya Federasiyasında zəngin Azərbaycan diasporunun mövcudluğundan Bakıya təzyiq rıçaqı kimi istifadə etməyə, Azərbaycan hakimiyyətinin mövqeyini düzəltməyə, onları seçim qarşısında qoymağa çalışır: ya kursu dəyişsin, ya da Rusiya Federasiyasındakı ən iri azərbaycanlı iş adamları “dekulatlaşdırılacaq” və onların əmlakı başqalarının əlinə keçəcək. Bu həm də Rusiya Federasiyası daxilindəki Azərbaycan diasporunun nümayəndələrinə Bakıya müəyyən istiqamətdə təsir etmək üçün bir siqnaldır”.
Ətraflı
Şərhçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev “sərt mövqe tutarsa, bu, azərbaycanlı iş adamlarının Rusiya Federasiyasındakı milyardlarla dollar dəyərində aktivlərini əlindən almaq üçün istifadə olunacaq”. O da qeyd olunur ki, 2022-ci ildən sonra Rusiyada Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Azərbaycan Rusiya üçün “qeyri-dost ölkələrin” siyahısıba düşüb.
Kanal bundan sonra da azərbaycanlıların sıxışdırılacağını proqnozlaşdırır. Proqnozlar arasında Bakının ortaq logistika marşrutlarından imtina etməsi perspektivi də var: “Lakin burada asılılıq və fayda qarşılıqlıdır və layihələrin pozulmasından kimin daha çox itirəcəyi məlum deyil (məsələn, bu il Bakı-Novorossiysk kəməri ilə ixrac üçün 2,5 milyon ton Azərbaycan neftinin vurulması planlaşdırılır)”.
Bu sırada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faktiki olaraq Suriyanın yeni hökumətinə nəzarət etdiyi və bununla da, Rusiya bazalarına problemlər yarada biləcəyi vurğulanır: Ehtiraslar səngiyərsə, demək, Bakı və Moskva müəyyən şərtlərlə razılaşa biliblər. Qalmaqal davam edərsə, bu o deməkdir ki, iki ölkə açıq qarşıdurmaya keçə bilər. Bu mərhələdə söhbət hərbi qarşıdurmadan getməsə də, çox geniş diapazonda əlaqələr qırıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm