Rüşvətxor məmurlara ciddi MESAJ ! - "Bu dəfə daha sərt... ! ”
Şəymən Bayramova
10:12 02.05.2020
Gündəm
929
"Vəzifə sahibləri bilməlidir ki, rüşvət və korrupsiyaya qarşı ciddi proses başlayıb. Heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək"
"Səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq".
Bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Ölkə başçısı qeyd edib ki, haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur:
"Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir".
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə "Sherg.az"a Prezidentin dəfələrlə müşavirələrdə bu xəbərdarlıqları etdiyini, lakin rüşvətxor məmurların nəticə çıxartmadığını deyib:
"Ölkə başçısı hər zaman icra başçılarından sadə olmağı, xalqın qayğısına qalmağı, harınlıq etməmələrini tələb edir. Lakin hər dəfə xoşagəlməz mənzərələrin şahidi oluruq".
Ə. Nuriyev qeyd edib ki, Preziden yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını vəzifəyə təyin edərkən, onları ayrı-ayrılıqda qəbul edib xüsusi tapşırıqlar verir, xəbərdarlıq edir:
“İctimai vəsaitlərdən qənaətlə və təyinatına uyğun olaraq istifadə etmək lazımdır. Yerli sahibkarları incitmək, onlardan əlavə vəsait tələb etmək olmaz. Bunlar çox mühüm tapşırıqlardı. Tutduğu vəzifəsindən, işindən asılı olmayaraq, əgər kimdənsə hansısa məlumatlar gələcəksə, onlar çox sərt cəzalandırılacaqlar. Bu xəbərdarlıqlar həm mövcud, həm də yeni təyin olunan vəzifəli şəxslərə aiddir. Bəzi məmurlar prezidentin onların qarşısında qoyduğu vəzifələri geniş miqyasda doğrultmaq, onlara tapşırılmış vəzifəni ləyaqətlə yerinə yetirmək əvəzinə, tutduğu postun imkanlarından öz maraqlarını və şəxsi varlanmasını təmin etmək üçün sui-istifadə edir. Belə insanları ciddi cəzalandırmaq lazımdır. Ən ağır cəzaların verilməsi əhəmiyyətli faktor ola bilər. Ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmayan vəzifə sahibləri bilməlidirlər ki, artıq ölkədə bununla bağlı ciddi proses başlayıb və heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi