Rza Pəhləvi Münxen Təhlükəsizlik Konfransına dəvət edildi

Münxen Təhlükəsizlik Konfransı İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvini qonaq qismində dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadla məlumat yayıb.

İranın şahının oğlunun İranda hakimiyyət əleyhinə kütləvi etirazlarla bağlı konfransda çıxışı gözlənilir.