Sabiq spiker: “Karantin rejiminə hamı əməl etməlidir!”
Turan
11:39 07.04.2020
Gündəm
882
“Qərarların məqsədi vətəndaşların sağlamlığını qorumaq, virusa yoluxmalarının qarşısını almaqdır”
Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt şəhərində “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında pandemiya ilə bağlı yenidən xalqa müraciət edib. Dövlət başçısı bildirib ki, məhz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb: “Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Ölkə rəhbəri qeyd edib ki, bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verib: “Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərib”. Dövlət başçısının sözlərinə görə, aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın: “Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.
Dövlət başçısının müraciətini “Sherg.az”a şərh edən Milli Məclisin sabiq sədri, tibb elmləri doktoru, professor Yaqub Məmmədov deyib ki, dövlətin qayda-qanunlarına, karantin rejiminə hamı bir nəfər kimi əməl etməlidir.
Professorun sözlərinə görə, indiki pandemiya vəziyyətindən çıxmaq üçün mütləq şəkildə deyilənlərə riayət edilməlidir:
“Hamı bilsin ki, dövlət bu qərarları boş yerə qəbul etmir. Qərarlar və tətbiq edilən proqramlar onsuz da dövlət büdcəsinə müəyyən problemlər yaradır. Görülən işlərə xeyli vəsait sərf olunur. Eyni zamanda əhalinin təhlükəsizliyinə kifayət qədər canlı qüvvə cəlb edilir. Həkimlərimiz, hüquq-mühafizə orqanlarımız, daxili qoşunlar can-başla, fasiləsiz işləyirlər. Çox ciddi məsələdir və hər kəs bunun fərqində olmalıdır. İnsanlar öz məsuliyyətini dərk etməli, sağlamlıqlarını mümkün qədər qorumalıdırlar. Dövlət tərəfindən atılan bütün addımların məqsədi vətəndaşların sağlamlığını qorumaq, virusa yoluxmalarının qarşısını almaqdır”.
Sabiq spiker məsuliyyətsiz adamlar çoxluğuna təəssüf edib:
“Onlar öz öhdəliklərini dərk etmirlər, məsələnin nə qədər ciddi olduğunun fərqinə varmırlar. Nəzərə almırlar ki, koronavirus təhlükəsi sadəcə onları deyil, ailələrini və bütöv cəmiyyəti narahat edir. Bu məsələdə ayrıseçkiliyə yol vermək, kiməsə güzəşt etmək qəbuledilməzdir. Karantin rejimi hamı üçündür. Belə məqamda kimlər işləməlidir, kimlər çölə çıxmalıdırsa, onlara icazə verilib. İşi-gücü olmayan insanların küçələrə axışması yolverilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya