“Yəqin ki, sözügedən praktika yaxın zamanda bizdə də tətbiq ediləcək. Bu, vəziyyətin yaxşı olmadığının göstəricisidir. Deməli, tibbi maska taxmaq artıq zərurətə çevrilib. Əslində tibbi maska daha çox daşıyıcılara lazımdır, nəinki xəstələrə. Çünki daşıyıcılardan virusun yoluxma ehtimalı daha böyükdür. Onu da deyim ki, koronavirus heç də hər kəsi öldürmür. Təkcə dekabr-yanvar aylarında bu xəstəliyə yoluxub, sağalan yüzlərlə insan var. Özləri də adi qrip olduğunu hesab edirlər. Düzdür, onların orqanizminə düşmüş virus artıq ölüb. Amma immunitet zəif olarsa, xəstəlik yenidən baş qaldıra bilər. Odur ki, maska taxmaq mütləqdir. Bu səbəbdən də Türkiyədə verilən qərarı çox müsbət qiymətləndirirəm”.
ŞAD XƏBƏR: “Azərbaycanda da maska pulsuz paylanıla bilər”
Banuçiçək Kalbalıyeva
11:48 06.04.2020
Gündəm
803
Şahvələd Məmmədov: “Ölkəmizdə bu layihə hazırlanır. Yəqin, yaxın zamanda tətbiq ediləcək”
Natiq Cəfərli: “Bizdə də yerli istehsal olacaq. Bu halda istehsal həcmindən asılı olaraq maskalar pulsuz paylanıla bilər”
Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlar müvafiq qeydiyyatdan keçərək pulsuz maska əldə edəcəklər. Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Baş Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsindən yaydığı açıqlamada bildirib.F.Altun qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Səhiyyə, Nəqliyyat və İnfrastruktur nazirliklərinin vasitəsilə əhaliyə paylanacaq maskaları əldə etmək üçün https://maske.epttavm.com saytına daxil olub müvafiq formanı doldurmaq lazımdır: “Hər həftə müraciət edən vətəndaşlara həftədə 5 ədəd maska təhvil veriləcək”.
F.Altun maskaların poçt xidmətlərindəki karqolar vasitəsilə pulsuz çatdırılacağını da yazıb.Qeyd edək ki, aprelin 3-dən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə ilə əlaqədar ölkədə 65 yaşdan yuxarı və 20 yaşa qədər şəxslərin küçəyə çıxmasına qadağa qoyub. O, həmçinin, 20-65 yaş kateqoriyasında olan vətəndaşların küçəyə maskasız çıxmamasını tələb edib.
Bu gün tibbi maska qıtlığı təkcə Türkiyə yox, digər ölkələr, o cümlədən Azərbaycan üçün də xarakterikdir. Bəs bizdə bu problem necə aradan qaldırıla bilər?
Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması nə dərəcədə realdır?
Sualımızı cavablandıran həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, ölkəmizdə də bu layihə hazırlanır:
“Yəqin ki, sözügedən praktika yaxın zamanda bizdə də tətbiq ediləcək. Bu, vəziyyətin yaxşı olmadığının göstəricisidir. Deməli, tibbi maska taxmaq artıq zərurətə çevrilib. Əslində tibbi maska daha çox daşıyıcılara lazımdır, nəinki xəstələrə. Çünki daşıyıcılardan virusun yoluxma ehtimalı daha böyükdür. Onu da deyim ki, koronavirus heç də hər kəsi öldürmür. Təkcə dekabr-yanvar aylarında bu xəstəliyə yoluxub, sağalan yüzlərlə insan var. Özləri də adi qrip olduğunu hesab edirlər. Düzdür, onların orqanizminə düşmüş virus artıq ölüb. Amma immunitet zəif olarsa, xəstəlik yenidən baş qaldıra bilər. Odur ki, maska taxmaq mütləqdir. Bu səbəbdən də Türkiyədə verilən qərarı çox müsbət qiymətləndirirəm”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, ancaq yerli istehsal olduğu halda bu təcrübədən yararlanmaq mümkündür:
“Türkiyədə yerli istehsal var. Azərbaycan isə indiyə kimi tibbi maskanı Çindən alırdı. Amma tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlayacağı gözlənilir. Yəni yerli istehsal olacaq. Bu halda bizdə də istehsal həcmindən asılı olaraq maskalar pulsuz paylanıla bilər. Sözügedən təşəbbüs ciddi xərc tələb eləmir. Bir şərtlə ki, vətəndaşlar yaradılan imkandan sui-istifadə etməyib, ancaq ehtiyacı olduğu qədər maska sifariş versinlər”.
Ekspertin fikrincə, sui-istifadə hallarının qarşısını almağın yeganə yolu sifariş sayına məhdudiyyət tətbiq etməkdir:
“Bəziləri beş maska əvəzinə əlli maska sifariş edə bilər. Buna yol verməmək üçün limit qoyulmalıdır. Bildiyiniz kimi, bir maskanın istifadə müddəti 2-3 saatdır. Həmin hesabla hər insana 5-6 maska lazımdır. Lakin karantin rejimi elan olunduğu üçün heç kim evdən çölə çıxmır. Evdə maskadan istifadə etmək isə məntiqsizdir. Ona görə də bir insana gündə maksimum 2 maska lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya