Sadə gigiyena qaydalarına əməl edilməlidir
Məlahət Rzayeva
09:12 03.03.2020
Gündəm
981
Çöldə - bayırda açıq havada satılan yeməklərdən uzaq durun
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev şəhərdəki kütləvi toplaşma yerlərində (çay evləri, restoranlar, şadlıq sarayları, əyləncə mərkəzləri…) vacib olan önləyici tədbirlər barədə “Şərq”ə danışıb:
- Əsas məsələ virusdan qorunmaqdır. İctimai yerlər, ictimai nəqliyyat, məktəblər və s. insanların kütləvi cəmləşdiyi məkanlar virusa qarşı dezinfeksiya edilir. Öz obyektlərini dezinfeksiya etmək üçün özəl şirkətlərə müraciət edən obyektlər yaxşı olar ki, bu dezinfeksiya işlərini aparan şirkətlərin etibarlı və dayanıqlı bir şirkət olmasına əmin olsunlar.
Onların istifadə etdikləri kimyəvi tərkibli maddələrin uyğunluq sertifikatlarının olmasına diqqət etsinlər. İstənilən virusdan qorunmaq üçün ictimai məkanlar birinci növbədə ildə 2 dəfə obyekti dezinfeksiya etməli, obyektdə sanitariya-gigiyena qaydalarına ciddi riayət etməli, içərinin havalandırma sistemləri olmalı və daim işlək vəziyyətdə olmasına nəzarət etməli, təmizliyə, səliqə-səhmana diqqət yetirilməli, işçiləri ildə bir dəfə həkim müayinəsindən keçirməsinə şərait yaratmalıdır.
İnsanlar da özlərini bu cür viruslardan qorumaq üçün əhalinin sıx olduğu məkanlara ehtiyac olmazsa getməməli, əllərini hər kəsin istifadə etdiyi tutacaqlardan tutduqdan sonra (qapının dəstəyi, ictimai nəqliyyatda tutacaq, liftlərdə düymələr və s.) yumalı, şəxsi gigiyena qaydalarına əməl etməli, qəbul etdiyi qidaların keyfiyyətinə əmin olmalı, çöldə - bayırda açıq havada satılan yeməklərdən uzaq durmalı, özünə aid olmayan geyimləri, aksesuarları istifadə etməməklə özünü viruslardan qorumaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm