Şahin Şıxlinski sərbəst buraxıldı

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılmışdı.