Satışda keyfiyyətsiz dərmanlar var: Ehtiyatlı olun!
Məlahət Rzayeva
12:58 21.08.2019
Gündəm
940
Dərman bazarı bərbad gündədi. Vətəndaşlar da dərmanların keyfiyyətindən narazılıq edir. Pediatr Vaqif Qarayev sosial şəbəkə vasitəsilə əhalini dərmanlarla ehtiyatlı olmağa çağırıb: “Balıq yağı, İmmunitet dərman(lar)ı... Hər gün, hamılıqla xahiş (tələb) edirlər.
Unudun da bunları. Pulunuzu havayı yerə xərcləməyin! Faydasız nəsnələrdi! Nadir hallarda balıq yağına göstəriş var.
Balığın özünü verin uşaqlara. Bu mifdən xilas olmaq lazımdı! Satışda olan immunitet "dərmanlarından" uzaq olun, köməyi yoxdur!”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq”ə açıqlamasında həmkarının çağırışının vacib məqamları özündə əks etdirdiyini dedi:
- Dərman bazarındıkı xaotik vəziyyət, birincisi, qanunlardakı boşluqlardan, ikincisi, səhiyyə sistemində islahatların yarımçıq qalmasından qaynaqlanır. Dərmanların dövlət reyestri, dövlət farmako-nəzarəti yoxdur. Satışda keyfiyyətsiz dərmanlar doludur. Televiziyalarda həkim, dərman reklamları qadağan olunmalıdır. Dünyanın heş bir ölkəsində televiziyada dərman, həkim, klinika reklamı aparılmır. Bizdə isə əksər proqramların sponsoru klinikalar, dərman şirkətləridir. Bunlar hamısı korporativ maraqlara xidmət edir. Kimlərsə bu reklamlardan pul qazanır. Ziyan görən isə əhalidir. Mən ümumiyyətlə həkimin efirə çıxıb özünü reklam etməsini biabırçılıq sayıram. Peşəsinə hörmət edən həkim buna getməz.
Balıq yağına gəlincə, A.Qeybulla bildirdi ki, balıq yağı dərmanları bu yağın rafinə olunmuş halıdır və dərman formasında istehsal edilir. Amma nə dərəcədə keyfiyytəlidir, bilinmir. İstər balıq yağı olsun, istərsə də digər dərman əvəzediciləri əsas məsələ keyfiyyətin yoxlanmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya