Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Yusif Nəzərli
19:00 21.03.2025
Gündəm
337
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Dəyərli qardaşım!
Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə