Səfil həyat bitir -
Uşaq evlərini tərk edən yeniyetmələrin üzünə gün doğdu
Məlahət Rzayeva
07:42 21.04.2020
Gündəm
1024
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Qeyd edək ki, sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəs sənədin qəbulu valideyn himayəsindən məhrum uşaqlara hansı gələcəyi vəd edir?
“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova valideyn himayəsindən məhrum, müəyyən yaş həddinə çatdıqda uşaq evlərini tərk edən yeniyetmələrin “itirilmiş” uşaqlar olmaması üçün qəbul edilən qərarın böyük əhəmiyyət kəsb etdiyini dedi:
- Bəzən belə hallarla rastlaşırıq ki, vaxtilə uşaq evində böyümüş, valideyni tərəfindən atılmış uşaqlar cəmiyyət üçün itirilmiş olur. Bu o zaman baş verir ki, uşaq evini tərk edən yeniyetmə (yetkinlik yaşına çatdıqda onlar uşaq evini tərk etməli olur M.Z.) həyatda yerini tapa bilmir.
Bunu da bir çox səbəbləri var. Əsas səbələrdən biri də məhz yaşayış sahəsinin olmaması, gəncin gəlirinin olmaması səbəbindən mənzil kirayələyə bilməməsidir. Bunu xüsusi vurğulamalıyam ki, son illərdə internat məktəbləri peşə yönümlü fəaliyyət göstərir. Bu da uşaqların müəyyən peşələrə sahib olmasına və gələcəkdə hər hansı bir peşə ilə məşğul ola biləcəklərinə və nəticədə öz yaşayışlarını təmin etmələrinə kömək olur.
Biz təşkilat olaraq bu məsələni bir neçə il öncə qaldırmışdıq ki, internat məktəblərində uşaqlar oranı tərk etmələrinə 6-7 ay qalmış peşəyönümü üzrə hazırlıq keçsinlər. Bu məsələdə şirkətlərin də üzərinə məsuliyyət düşür. Bu mənada ki, şirkətlər internat məktəblərini bitirən və müəyyən peşəyə malik gənclərə kvota ayırmalı və onları işlə təminb etməlidir. İnternat məktəbləri tərk edənlərin ən böyük problemi məhz yaşayış sahəsinə sahib olmamalarıdır. Kimsə ailəyə qayıdır, kimsə ailə qurur. Təəssüf ki, internat məktəbini bitirənlərin sonrakı taleyi ilə bağlı statistika aparılmır.
Neçə nəfər işləyir, neçə nəfərə ailəsi sahib çıxıb və sair... Bunu da vurğulamalıyam ki, bir neçə il əvvəl Heydər Əliyev Fondu xüsusi tipli internat məktəblərinin sakinləri üçün Masazır qəsəbəsində 3 yaşayış binası inşa etdi. İnternat məktəblərinin xeyli sayda sakini mənzillə təmin edildilər. Biz təklif edirik ki, internat məktəbini tərk edən gənclər üçün sosial yataqxanalar tikilsin və onlara 3 il müddətinə təklif edilsin. 3 il ərzində bu gənclər işləsin, müəyyən peşəyə yiyələnsin. Sonra hazırkı sosial evlər kimi bir layihə ilə bu insanlar ucuz kredit şərtləri ilə mənzillə təmin edilsinlər. İşləsinlər və krediti ödəsinlər.
Bu, həm də gənclərdə məsuliyyətin formalaşmasına gətirib çıxarar. Gənc bilər ki, işləsə, yaşayışına təmin edə biləcək, yox əgər səfil həyat tərzi sürəcəksə, evi, mənzili olmayacaq. M.Zeynalova bildirdi ki, ümumiyyətlə, hər bir layihəyə başlamazdan əvvəl dəqiq təhlillər aparılmalıdır ki, sonradan gözlənilməz problemlər ortaya çıxmasın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm