Türkiyənin Edirnə bölgəsində gecə saatlarında başlayan qar yağışı və ardından gələn kəskin soyuq hava şəhərdə həyatı demək olar ki, dayandırıb.
Sherg.az xəbər verir ki, hava temperaturunun mənfi dərəcələrə düşməsi ilə bəzək hovuzları və çeşmələr donub, küçə və prospektlər boş qalıb.
Şəhər sakinləri soyuq havada yalnız zəruri hallarda çölə çıxaraq, caddə və küçələrdə az hərəkət edirlər. İş yerləri zəifləyib, görünüşdə pandemiya dövrünü xatırladan mənzərələr ortaya çıxıb.
Edirnəli sakinlər soyuğun sərt olduğunu və şəhərin hər yerinin buz bağladığını bildiriblər.