Şəhidlərə məzar daşı qoymayan başçılara: “Ağa deyilsiniz” – Sərt etiraz!
Fidan Həmişəyeva
14:16 03.02.2021
Gündəm
935
Şəhidin atası Bəxtiyar Quliyev:“Beyləqanda oğlumla birgə üç nəfər şəhid olub və onların da məzar daşları qoyulmayıb”
Natiq Mehdiyev: “Qobustanda Mərəzə deyilən yerdə şəhid yoldaşlarım var. Qəbirlərinin üstü götürülməyib və daş qoyulmayıb”
“Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırır. Təhlükə bitəndə bəziləri Allahı unudur, hərbçiləri isə ittiham edirlər"
Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakini Orxan Quliyevin başdaşı hələ də qoyulmayıb. Bu barədə şəhidin atası Bəxtiyar Quliyev məlumat verib. O qeyd edib ki, sözügedən kənddən oğlu ilə birgə üç nəfər şəhid olub və onların da məzar daşları qoyulmayıb:
“Biz üç şəhid ailəsi bununla bağlı icra hakimiyyətində olmuşuq. Dünən elə digər şəhid Aqil Hüseynovun atası icra başçısıyla da görüşüb. Başçı bildirib ki, rayondan 200-ə yaxın şəhid var və onların hamısına başdaşını qoydurmaq onların səlahiyyətlərinə aid deyil.
Bunun üçün pul ayrılmalı olduğunu vurğulayıb. Hökumət, yaxud icra hakimiyyəti bunu etməyəcəksə, biz işimizi bilmək istəyirik. Belədirsə, başdaşını mən qoyum. Oğlum oktyabrın 15-də dəfn edilib. Hələ də başdaşı yoxdur. Bizə əvvəl verilən 3 000 manat yardımın dəfn mərasiminin təşkili üçün olduğunu demişdilər. Mənim oğlum ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Elə Cəbrayılda da şəhid olub. Subay idi. Qeyd edim ki, bizə dövlət tərəfindən digər ödənişlər verilib”.
Qarabağ qazisi, ehtiyata olan gizir Natiq Mehdiyev baş verənlərlə bağlı “Sherg.az”a danışıb:
“Mənim də Qobustanda Mərəzə deyilən yerdə şəhid yoldaşlarım var. Bu yaxınlardan onlarla bağlı məlumat aldım ki, hələ qəbirin üstü götürülməyib və daş qoyulmayıb. Lakin icra nümayəndəliyi məlumat verdi ki, qəbiristanlıq kəntdən uzaq bir yerdədi və yolu bərbaddır. Yəni ki, yol hündür təpələrin üstündən keçir, bu vaxtlarda o tərəflər yağışlı, ara-sıra qar yağdığı üçün betonun belə havada quruması bir az çətin olur”.
N.Mehdiyev qeyd edib ki, Beyləqan icra hakimiyyəti rayonun ağası deyil:
“Cənab Prezidentimiz demişkən, icra nümayəndələri, bir sözlə məmurlar xalqın qulluqçusudur. İcra nümayəndələri şəhid və qazilərimizin sayənizdə bu gün torpağımız üstündə rahat gəzirlər. Ona görə də qazi və şəhidlərimiz sayəsində yığdıqları vəsaitlə vətən uğrunda həlak olanların baş daşlarını qoydursunlar. Baxın belə icra nümayəndələri şəhid, qazi ailələrini dövlətimizə qarşı çıxarırlar.
Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırır. Təhlükə bitəndə bəziləri Allahı unudur, hərbçiləri isə ittiham edirlər. Son vaxtlar gedən söz-söhbətlərdən bunu açıq-aydın görə bilərik: hərbçilərin maaşı 1-qata endirildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat