Nepalda avqustun 26-da baş verən sel və torpaq sürüşməsinin 11-ci günündə 64 yaşlı qadın palçıqla dolu evinin dağıntıları arasından sağ çıxarılıb.
Sherg.az hadisənin təfərrüatlarınə təqdim edir.
Nepalın Çin sərhədində avqustun 26-da Himalay dağlarından qopan buzlağın Bhotekoşi çayında daşqına səbəb olmasından sonra baş verən sel və torpaq sürüşməsinin ardından axtarış-xilasetmə işləri davam edir.
Yerli media Nuvako bölgəsinə bağlı Betravatidə aparılan işlər zamanı 64 yaşlı Şandika Kumari Şresthanın palçıqla dolu evində sağ tapıldığını bildirib. Nepal vətəndaşına səhiyyə qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, daha geniş müalicə üçün paytaxt Katmanduya göndərilib.
Nepal Ordusunun sözçüsü Raja Ram səhər saatlarında verdiyi açıqlamada “Upper Trishuli-1” Hidroelektrik Stansiyası layihəsindəki tuneldən Çin vətəndaşı olan bir nəfərin sağ çıxarıldığını bildirib. Bundan əlavə, dünən Trishuli-3A-dakı hidroelektrik stansiyasının tunelinin içərisindən iki işçiyə də sağ çatılıb.
Avqustun 26-da, çərşənbə günü Himalay dağlarından bir buzlağın qopması nəticəsində əvvəlcə Çinin Tibet Muxtar rayonunu, daha sonra isə Nepalın şimalındakı Rasuva və qonşu bölgələri sel basıb.
Bhotekoshi və Trishuli çayları sel suları və dağıntılarla daşaraq məcrasından çıxıb. Evlər, körpülər, yollar və digər infrastruktur obyektləri sel sularına qərq olaraq sürüklənib. Bəzi bölgələrdə sakinlər və turistlərlə əlaqə tamamilə kəsilib.
Nepalda indiyədək 1 344 nəfərin həyatını itirdiyi, 4 898 nəfərin isə itkin düşdüyü bildirilir. Çinin Tibet Muxtar rayonunda isə ölənlərin sayının 21 nəfər olduğu açıqlanıb.