Sənətkarlardan Prezidentə xoş sözlər: “Tarix yazan sərkərdəmizlə fəxr edirik”
Yusif Sultanoğlu
17:05 23.12.2020
Gündəm
747
İyirmi dörd dekabr prezident İlham Əliyevin doğum günüdür. Ali Baş Komandanın 59 yaşı tamam olur. Doğrudur, O, daim Azərbaycan xalqına xidmət göstərib. 2003-cü ildən etibarən, yəni Prezident seçildikdən sonra ölkə başçısı həm xarici, həm də daxili siyasəti daim başımızı ucaldır.
İndi hər kəs cənab İlham Əliyevi 21-ci əsrin sərkərdəsi adlandırır. Sentyabrın 27-i əks- hücum əmri verən Ali Baş Komandan 44 günlük müharibəni tarixi zəfərlə tamamladı. Bu müddət ərzində ordumuz cəbhədə, Prezidentimiz siyasi arenada düşmənə zərbələr endirdi. İstər çıxışları, istərsə də xarici mətbuata verdiyi müsahibələrdə ürəyimizi dağa döndərdi. Ona hər birimizin ən xoş arzuları var.
Elə xalq artisti Gülyanaq Məmmədova kimi. O “Sherg.az”la həmsöhbət olarkən cənab Prezidentə təbriklərini çatdırıb:
“Allah prezidentimizə can sağlığı versin, onu var eləsin. Qarabağımız işğaldan azad ediləndə xalqımızın sevincinin həddi-hüdudu olmadı. Şübhəsiz şəhidlərimizə görə kədərlənirik. Lakin bizə zəfər gətirən ordumuzun, dövlətimizin başında hamımızın sevimlisi Ali Baş Komandanımız durur. Qarabağımızı geri qaytardığı üçün ona minnətdarıq. Hər zaman cənab İlham Əliyevi alqışlayırıq. Xoşbəxt insanlardanam ki, həm ulu öndərimizin, həm də onun layiqli davamçısının dövründə sənətdə olmuşam.Daim bizi qiymətləndiriblər. Ulu öndərimizin ruhu qarşısında baş əyirəm. Prezidentimizə təşəkkürlərimi, təbriklərimi bildirirəm. Uzun ömür, can sağlığı arzu edirəm”.
Sevilən xanəndə, xalq artisti Mənsum İbrahimov əvvəlcə doğma yurdu Ağdamı, Qarabağı işğaldan azad etdiyi üçün cənab Prezidentə təşəkkürlərini ifadə edib:
“30 il həsrətində olduğumuz, ata-baba torpaqlarını bizə qaytaran Ali Baş Komandanımızdır. Allah onu qorusun. Tarix yazan sərkərdədir. 44 gün ərzində onun rəhbərliyi ilə müzəffər ordumuz dastan yazdı. Neçə yüz illərdir, torpaq alan sərkərdə olmamışdı. O Qarabağı bizə qaytardı. Onun yürütdüyü müdrik daxili və xarici siyasət, ordu quruculuğu işləri, xarici mətbuata verdiyi müsahibələr hamımızı sevindirdi. Savaş müddətində cənab Prezidentin tvitlərini həsrətlə gözləyirdik. Xalqımız Ali Baş Komandana çox inanır. Biz liderimizlə fəxr edirik. Hətta mən təklif irəli sürdüm ki, cənab Prezidentə Azərbaycanın milli qəhrəmanı adı verilsin. Bir daha təbrik edirəm. 100 yaşını qeyd edək. O ədəbiyyən Azərbaycanın tarix yazan sərkərdəsidir”.
Xalq artisti Nəzakət Teymurova da öz ürək sözlərini dilə gətirib:
“Allah can sağlığı versin, sağlam ömür bəxş etsin. Dövlətimizi, millətimizi hər zaman yüksəklərə qaldırsın. Müharibə qələbəmizlə sona çatdı, bizə o sevinci bəxş etdi. Mən öz adımdan təşəkkürlərimi bildirirəm. İnanıram ki, işğaldan azad edilən torpaqları cənnətə çevirəcək. Onun yürütdüyü siyasəti, gördüyü bütün işləri dəstəkləyirik. Hər zaman bir sənətçi kimi dəstəyimizi bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat