Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Yusif Nəzərli
05:36 01.02.2025
Gündəm
510
Ermənistanda müşahidə “missiyası”nın mandatının iki il uzadılmasında qaranlıq məqamlar görünür
Avropa İttifaqı (Aİ) Şurası Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci ilədək uzatdı. Qurum bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılmasına da qərar verdi. Missiyanın tərkibində Kanada da daxil olmaqla 25 ölkəni təmsil edən beynəlxalq və yerli heyətdən ibarət 200-dən çox əməkdaş yer alır. Şübhə yox ki, sözügedən qərar ittifaqın bölgə ilə bağlı maraqlarının təzahürüdür. Missiyanın əvvəki illərdəki fəaliyyətindən aydın olur ki, Aİ regional sülh və sabitlikdə maraqlı deyil. Aİ missiyası 2023- cü ildə Ermənistanda yerləşdirilib və müntəzəm olaraq genişlənir. Guya missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək idi. Buna baxmayaraq, ötən müddət ərzində missiyası konstruktiv davranışdan daha çox, kəşfiyyat- diversiya fəaliyyəti ilə məşğul oldu. Missiya 2023-cü ildən bəri regional sabitliyin təmin olunmasından daha çox, gərginliyə rəvac verib. Missiyanın fəaliyyətinin uzadılması belə düşünməyə əsas verir ki, Aİ regionla bağlı çirkin planlarından əl çəkməyib. Gələcəkdə də bölgə ilə destruktiv mövqeyini davam etdirməkdə israrlıdır.
Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, indiki şəraitdə Aİ missiyasının müddətinin uzadılmasını həm Ermənistanın, həm də Qərbin baxış bucağı kontekstində dəyərləndirmək lazımdır. Deputatın sözlərinə görə, Nikol Paşinyanın sülh müqaviləsinin razılaşdırılmamış maddəsi ilə, yəni "üçüncü qüvvələrin iştirakı" kontekstində irəli sürdüyü iddia, yaxud təklif və təşəbbüs nəticə etibarı ilə Ermənistanın baxış bucağını ortaya qoyur:
"Bəyan edilir ki, missiya delimitasiya olunan ərazilərdən çəkilir. Bu, onu deməyə əsas verir ki, Ermənistan qondarma missiyaya təzyiq elementi kimi baxır. Yəni missiya delimitasiya prosesində faktiki olaraq onun tərəfindən çıxış edəcək və çətir rolunu oynayan bir təzyiq aləti olacaq. Təbii ki, Avropa İttifaqı da Nikol Paşinyana, eyni zamanda Ermənistana münasibətindən irəli gələrək hakimiyyətə gətirdiyi siyasi qüvvəni müdafiə etmək üçün prosesi davam etdirmək niyyətindədir. Daha çox praqmatik məqamlara diqqət çəkmək istəyirəm. Nə üçün indiki şəraitdə missiyanın müddəti 2027-ci ilədək uzadılıb? Burada Ermənistan konstitusiyası ilə bağlı Paşinyan tərəfindən səsləndirilən məqamı da nəzərə almaq lazımdır. Ermənistan öz Konstitusiyası ilə bağlı referendumu 2027-ci ildə keçirməyi nəzərdə tutur. Müşahidəçilərin hazırkı dövrdə oradan çıxması onlar tərəfindən erməni cəmiyyətinə müəyyən mesajın verilməsi kimi qiymətləndirilə bilər. Həmçinin, nəticə etibarı ilə sülh müqaviləsinin imzalanması da eyni mesajın verilməsi kimi qiymətləndirilə bilər".
Parlament üzvü vurğulayıb ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Görünən odur ki, Avropa İttifaqı da, Ermənistanı himayə edən qüvvələr də Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar:
"Bu istiqamətdə Paşinyanın siyasi hakimiyyətinin ömrünü uzadan və ona qarşı hansısa revanşçı meyillərə zəmin yaratmayacaq addımların atılmasında maraqlıdırlar. Nikol Paşinyanın Aİ missiyası ilə bağlı açıqlamasına baxsaq, prosesin faktiki olaraq sərhədlərin delimitasiyası ilə əlaqələndirilməsindən söhbət gedir. Əslində, provokasiyasının təməlində dayanan aspektlərdən biri budur. Mən təzyiq aləti ifadəsini də işlətdim. Nə üçün missiya həmin bölgədə yerləşib? Təsəvvür edin ki, Azərbaycanla Ermənistanın 994 km.lik sərhədi hələ razılaşdırılmayıb. Mürəkkəb relyefi də nəzərə alsaq, kifayət qədər zaman lazımdır ki, delimitasiya prosesi aparılsın. 2027-ci ilədək missiyanın oradan çıxması gözlənilmir. Deməli, vaxt uzanacaq və bu müddət ərzində onlar həmin ərazidə hərbi mövcudluqlarını təmin edəcəklər. Yaxud delimitasiya prosesinin hansısa mərhələsində Ermənistanın hansısa iddialar irəli sürəcəyi təqdirdə həmin təzyiq mexanizmləri işə düşəcək. Sərhəddə növbəti təxribatlara əl atacaqlar. Azərbaycan adekvat şəkildə onlara cavab vermək məcburiyyətində qalacaq. Bundan sonra bəhanə yaratmaq generatorları işə düşəcək. Azərbaycana qarşı yeni kampaniyaların başlanmasına zəmin yaradacaqlar. Ənənəvi qaydada eyni siyasətin davam etdiyinin şahidi oluruq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya