Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir -EKSPERT
Yusif Nəzərli
06:59 18.12.2024
Gündəm
634
Ermənistanda gizlənən cinayətkarların Azərbaycana ekstradisiyası mümkündür
Azərbaycan Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağdakı hərbi canilərin cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ cinayətkarlarının işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub. Vurğulanıb ki, Baş Prokurorluq istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Hüquq müdafiəçisi Xəzət Teyyublu "Sherg.az"a açıqlamasında deyib ki, 1988-ci ildən etibarən Qarabağda başlamış qanlı hadisələr birbaşa cinayət xarakteri daşıyırdı. Ekspert vurğulayıb ki, hazırda Bakıda həbs həyatı yaşayan hərbi cinayətkarların liderləri öz qanunsuz fəaliyyətlərini icra edərkən onlara dəstək verən digər terrorçular da olub:
"İstintaq zamanı ortaya çıxır ki, onların himayədarlarının olması faktları üzə çıxır. Diqqətə çatdırım ki, Ermənistanda qarabağlı ermənilər - Serj Sarkisyan, Robert Koçaryan uzun müddət hakimiyyətdə olublar. İstintaq prosesində onların da dindirilməsi zəruridir. Çünki adları çəkilən sabiq prezidentlər Qarabağda törədilmiş cinayətlərdə birbaşa məsuliyyət daşıyan şəxslər olub. Hazırda onlar Ermənistanda yaşayırlar. O baxımdan Baş Prokurorluğun bu məsələdə Ermənistanın hüquq-mühafizə orqanlarına müraciəti müsbət və təbii haldır. Bakıda həbs həyatı yaşayanlar Qarabağda uzun illər ərzində əsrin cinayətlərini törədiblər. İstintaq zamanı bir daha üzə çıxacaq ki, torpaqlarımızın işğalı, milyona yaxın soydaşımızın öz yurdundan qaçqın düşməsi, varını-yoxunu itirməsi hərbi cinayətkarların başıpozuq əməllərinin nəticəsi olub".
X.Teyyublu əlavə edib ki, məhz bu işğalçılıq siyasəti Azərbaycana yüz milyardlarla dollar maddi-mənəvi ziyan vurub, ölkəmizin genefonduna mənfi təsir göstərib: "Hərbi cinayətkarlar bütün bunlara görə cavab verməlidir. Əgər İrəvan hökuməti də sülh istəyirsə, gələcəkdə Azərbaycan-Ermənistan arasında baş tutacaq sülhün əsas predmetindən biri də Ermənistanın belə məsələlərdə məsuliyyətli davranmasıdır. Ermənistanda gizlənən cinayətkarların Azərbaycana ekstradisiyası mümkündür. Çünki onlar Azərbaycan vətəndaşı olublar və 1988-ci ildən etibarən cinayət əməllərinə başlayıblar. Prezidentlik dönəmlərində də Qarabağ cinayətkarlarına dəstək veriblər. Onların Azərbaycana təhvil verilməsi sülh sazişi və gələcək əlaqələr üçün də mühüm töhfə olar. Hüquq bərpa olunmalı və cinayətkarlar mütləq cəzalarını almalıdır. Yəqin ki, hazırkı Ermənistan rəhbərliyi də bu barədə əsaslı düşünəcək və reallığa uyğun ağıllı addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp-Zelenski münasibətləri ən aşağı səviyyədədir - VSJ
07:17 12.10.2026
Gündəm
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
05:25 12.10.2026
Dünya
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
02:20 12.10.2026
Son dəqiqə
Bu, Hörmüz boğazının dərhal açılması demək deyil! - İran
01:10 12.10.2026
Region
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
23:59 11.10.2026
Aktual
Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi
23:45 11.10.2026
İdman
Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı
23:03 11.10.2026
Region
Gəncədə ata 36 yaşlı oğlunu qətlə yetirməkdıə şübhəli bilinir
22:45 11.10.2026
Hadisə
Murad Boz Bakıya gəldi: Kimin toyunda iştirak edəcək?
21:47 11.10.2026
Şou
Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb
21:30 11.10.2026
Dünya
İran: ABŞ-nin danışıqlar üçün cavabı yetərli deyil
20:54 11.10.2026
Gündəm
Roma Papası əməliyyat olunacaq
20:18 11.10.2026
Dünya
Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs elan etdi
19:42 11.10.2026
Son dəqiqə
Sabah bu ərazilərdə işıq olmayacaq
19:10 11.10.2026
Cəmiyyət
Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz
18:53 11.10.2026
Region