Səudiyyə Ərəbistanı qüvvələrinin Yəmənin Taiz şəhərində bazara zərbəsi nəticəsində 30-dan çox insan həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə husi hakimiyyətinin Səhiyyə Nazirliyinin nümayəndəsi Ənis əl-Əsbahi deyib.
“Cümə günü Səudiyyəyə məxsus F-15 təyyarəsi Xamis Muşayt aviabazasından havaya qalxaraq Taiz əyalətinin Əl-Vəziyyə rayonundakı Əl-Xadara bazarına üç hücum həyata keçirib və onlarla mülki şəxsi öldürüb və yaralayıb", - deyə o bildirib.