ABŞ-İsrail-İran müharibəsi başlayıb. Vaşinqton genişmiqyaslı hücuma start verərkən, Tehran da ABŞ hərbi bazalarına raket zərbələri endirib. ABŞ mediası hücumlarda hədəf alındığı iddia edilən 5 nəfərlik “sui-qəsd siyahısı”nı açıqlayıb. Hücumlardan sonra İranın ali dini lideri Ayətullah Əli Xameneinin iqamətgahının ilk görüntüləri də yayılıb.
Sherg.az xəbər verir ki, İsrail ordusu sosial şəbəkə hesabında İran ərazisinə edilən zərbələrin görüntülərini paylaşıb. Açıqlamada bildirilib ki, “Aslanın Nəriltisi Əməliyyatı” çərçivəsində Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın koordinasiyası ilə İranda genişmiqyaslı zərbələr endirib. Hədəflər arasında raket buraxılış qurğularının da olduğu qeyd olunub.
"New York Times" tərəfindən əldə edilən və "Airbus Defence and Space" şirkətinə məxsus peyk görüntülərinin ABŞ və İsrailin səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində Tehrandakı Xamenei iqamətgahının tamamilə dağıldığını göstərdiyi iddia olunub.