SON DƏQİQƏ: Tramp əməliyyatı sonrası Maduronun qalacağı yer məlum oldu!

ABŞ xüsusi qüvvələrinin iki saatlıq əməliyyatı nəticəsində Venesuelanın prezidenti Nikolas Maduro tutulub.

Sherg.az xəbər verir ki, rəsmi məlumatlara görə, Maduro ABŞ-ın məşhur və təhlükəli həbsxanasından biri olan Metropolitan Detention Centera göndəriləcək.

ABŞ mətbuatına görə, bu mərkəz əvvəllər R. Kelly, Jeffrey Epsteinin tərəfdaşı Ghislaine Maxvell və Sam Bankman-Fried kimi yüksək profilli şəxsləri saxlayıb. Əməliyyat “Mütləq israr” adı altında 150-dən çox hava vasitəsi və çoxsaylı hərbi-istihbarat qüvvələrinin iştirakı ilə həyata keçirilib, siber əməliyyatlarla dəstək göstərilib.