SORĞU: Tramp ölkəni səhv istiqamətə aparır - Amerikalıların çoxu belə düşünür

Yeni yayımlanan NPR/PBS News/Marist sorğusuna görə, ABŞ vətəndaşlarının 55 %-i Prezident Donald Trampın ikinci prezidentlik dönəmində ölkəni səhv yola apardığını bildirib.

Sherg.az xəbər verir ki, bu göstərici əvvəlki dövrlə müqayisədə 13 faiz artıb. Sorğu həmçinin göstərir ki:

Demokratların 90 %-i ölkənin bir il əvvəlkindən daha pis vəziyyətdə olduğunu düşünür.

Respublikaçılar arasında isə 82 %-i vəziyyətin yaxşı olduğunu hesab edir.

Demokratik qurumlara inam zəifləyib: əvvəl 43 %, indi 32 % belə hesab edir.

Əlavə sorğu nəticələrində isə Trampın dəstəyi həm ölkə daxilində, həm də öz partiyası daxilində əvvəlki illərlə müqayisədə azalıb.

Bu sorğunun nəticələri Trampın “Birliyin Durumu” çıxışından bir gün əvvəl yayımlanıb.