SOS ! - Qorxunc qadın qətlləri artır ! – Kimdir müqəssir?
Fidan Həmişəyeva
14:14 11.09.2020
Gündəm
1306
“Azərbaycanda “ailə institutu” deyilən anlayış yoxdur”
“Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur”
Dünən Mingəçevirdə 1986-cı il təvəllüdlü Mirvari Məmmədova bıçaqlanaraq öldürülüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı M.Məmmədovanın qardaşı, 1985-ci il təvəllüdlü Malik Məmmədovla bağlı əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, M.Məmmədov şəxsi münasibətlər zəminində mübahisə zamanı bacısına çoxsaylı bıçaq xəsarətləri yetirib.
Dəfələrlə televiziyalarda və müxtəlif KİV-lərdə maarifləndirmə aparılsa da, dəyişən heç nə yoxdur. Sanki durum daha da pisə doğru gedir. Hər dəfə eyni və cavabı tam olaraq tapılmayan suallar müzakirə olunur. Qadınlara qarşı zorakılığa səbəb nədir ? Kimdir günahkar? Bu cür halların qarşısını tam ala bilməsək də, necə azaltmaq olar?
“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva“Sherg.az”a bildirib ki, qadınlara qarşı zorakılıq hallarına tez-tez rast gəlirik. Belə hadilər durmadan artır.
Z.Mustafayeva vurğulayıb ki, qadınlara zorakılıq halları əsasən yaxınları - ata, qardaş, həyat yoldaşı, əmi, baba və s. tərəfindən olur:
“Bu zorakılıqlar müxtəlif sferada – psixoloji, iqtisadi, psixi zorakılıqlar ola bilər. Ən qorxuncu isə cinayət tərkibli zorakılıqlardır. Təəssüf ki, bu zorakılıq daha çox yaxınlar, qohumlar tərəfindən edilir.
Səbəb ailə üzvlərinin savadsız olmağı, sosial-iqtisadi problemlərinin həddindən artıq çox olmasıdır. Həmçinin zərərli vərdişlərin həyat tərzinə çevrilməsi, ruhi-psixi pozuntuların olmasını da səbəb kimi söyləyə bilərik”.
Birlik sədri qeyd edib ki, Azərbaycanda “ailə institutu” deyilən anlayış yoxdur:
“Həmin anlayış o vaxt olardı ki, gənclərə kütləvi şəkildə ağsaqqal-ağbirçəyə hörmət aşılanardı. Bunun da ən asan yolu televiziyalardır. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq.
Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası hələ ki azalmır, əksinə artmaqda davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat