
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - Deputat
Yusif Nəzərli
09:29 24.05.2025
Gündəm
445
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin revanşist fəaliyyətini tənqid edib. Şeyx vurğulayıb ki, erməni kilsəsi Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir. Onun sözlərinə görə, saxta mülahizələrlə özlərini əlahiddə icma kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub: "Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahibləniblər.
QİM sədri daim nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir erməni kilsəsi ilə qarşı-qarşıya olduğumuzu bildirib. Şeyxülislam bəyan edib ki, erməni dini dairələri soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində - Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olublar. Qarabağda Artsax Yeparxiyası, Naxçıvanın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis ediblər". QMİ rəhbəri qeyd edib ki, erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər: "Bəli, reallıq budur. Dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin. Vatikansayağı qriqoryan dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir”.

Ermənistan kilsəsinin revanşist fəaliyyəti barədə "Şərq"ə danışan millət vəkili Ceyhun Məmmədov təəssüflə bildirib ki, hələ də erməni kilsəsi Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməkdə əsas tətikləyici rol oynayır. Deputat vurğulayıb ki, sülh prosesinə ən çox maneə törədənlərdən biri məhz erməni kilsəsidir:
"Davamlı olaraq Azərbaycana qarşı kin və nifrəti təbliğ edərək İrəvan hökumətini şantaj edir, sülh prosesinin qarşısını almağa çalışırlar. Bu reallıqlar fonunda bizim üzərimizə böyük missiya, vəzifə düşür. Nə etmək barədə düşünməli, ciddi addımlar atmalıyıq. Çalışmalıyıq ki, bu prosesdən özümüzü sığortalayaq. Əslində, erməni kilsəsinin revanşist fəaliyyəti və çağırışları çox ciddi narahatlıq doğuran məsələdir. Ermənilər bilməlidir ki, bu cür addımlar, cəhdlər yalnız özlərinə faciə gətirəcək. Baş verənlərdən nəticə çıxarmalıdırlar. Unutmamalıdırlar ki, düşmənçiliyin acı nəticəsini daddılar".
Parlament üzvü qeyd edib ki, əgər revanşizm davam etsə, yenə eyni sonluqla bitəcək:
"Dinlərin əsas məqsədi insanları sülhə, mehribançılığa, əmin-amanlığa, həmrəyliyə, dostluğa çağırmaqdır. Amma təəssüf ki, Ermənistanın hazırkı siyasətində revanşizm meyillərini daha çox görürük. Onların təxribatları ilə üzləşirik. O baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq, tədbirlər görməliyik. Erməni kilsəsi də dərk etməlidir ki, bu cür təşəbbüslərin aqibəti onların özü üçün arzuolunmaz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya