Suren Papikyan Ermənistan ordusu ilə bağlı tapşırıqlar verdi

Ermənistan Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

İclasda müdafiə naziri Suren Papikyan çıxış edib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan da məruzə ilə çıxış edərək, bütün istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı, təlimi, qoşunların idarə olunmasının nəticələri, mənəvi-psixoloji vəziyyəti və 2026-cı il üçün prioritet məsələlər müzakirə olunub.

Müdafiə naziri Silahlı Qüvvələrin müdafiə qabiliyyətini gücləndirmək və xidməti daha səmərəli təşkil etmək üçün məsul bölmə rəislərinə bir sıra tapşırıqlar verib.