Suriyada ordu ilə YPG/SDQ arasında elan edilən atəşkəsin bu gün saat 20:00-da başa çatması gözlənilir. Tərəflər arasında gərginlik davam etsə də, atəşkəs müddətinin bir neçə gün, hətta bir həftə uzadılması ehtimalı müzakirə olunur.
Sherg.az xəbər verir ki, Türkiyə və Suriya rəsmiləri uzadılma variantını istisna etmirlər. Türkiyənin xarici işlər naziri Hakan Fidan DAEŞ məhbuslarının köçürülməsinin atəşkəsin uzadılmasını zəruri edə biləcəyini bildirib.
ABŞ da prosesə diplomatik dəstəyini davam etdirir. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack SDQ rəhbəri Mazlum Abdi ilə görüşərək mövcud atəşkəsin qorunmasının sabitlik üçün əsas addım olduğunu vurğulayıb. Abdi isə ABŞ-nın dəstəyini müsbət qiymətləndirib.