“Sürünən” internet – Əhali sürətin zəifliyindən şikayətlənir, nazirlik isə… - PROBLEM
Şəymən Bayramova
10:07 14.02.2020
Gündəm
981
Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumatda isə ölkədə internetin sürətinin zəifləməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.
Nazirlik bu məsələ ilə bağlı kütləvi şəkildə müraciət daxil olmadığını qeyd edib: "Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur. Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar isə nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə "Şərq"ə açıqlamasında Azərbaycanda rəqəmsal transformasiya işlərində ciddi qüsurlar olduğunu deyib:
"Elə bu gün səhər (dünən) "Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda keçirilən konfransda mən bu məsələni problem olaraq qaldırdım. Azərbaycanda rəqəmsal transformasiya üçün başlıca problem internetin sürətidir. Davos Forumunda uğur qazanıb, Azərbaycanda "Dördüncü sənaye inqilabı" ilə əlaqədar DAVOS-un Regional Mərkəzini qurmağa hazırlaşırıq. “Dördüncü sənaye inqilabı”nın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir.
Regional Mərkəzin qurulması üçün isə infrastrukturumuz ona hazır olmalıdır. İndiki halda isə bizim internet infrastrukturumuz DAVOS standartlarına cavab vermir. Hesab edirəm ki, NRYTN bu istiqamətdəki problemlərini aradan qaldırıb, işlərini sahmana salmalıdır. Ölkəmizdə keyfiyyətli internet yoxdur. Hökumət müvafiq qurumdan hesabat tələb etməli, real göstəriciləri öyrənməlidir. Müstəqil ekspertlər, beynəlxalq audit qurumlarının iştirakı ilə monitorinqlər keçirilməli, internetin real durumu araşdırılmalıdır. Rəsmi qurum sanki hər şey qaydasındadır kimi susub dururlar. Bu da səbəbsiz deyil. Bazarın 50 faizindən çoxuna nazirlik özü rəhbərlik edir. "Heç kim öz ayranına turş deməz"".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya