Şuşa fatehi: "Meşəiçi döyüşlər oldu, əlbəyaxa vuruşurduq"
Yusif Sultanoğlu
08:38 07.01.2021
Gündəm
639
Ötən il sentyabrın 27-dən başlayan İkinci Qarbağ savaşı, noyabrda tarixi qələbəmizlə nəticələndi. 44 gün ərzində keçirdiyimiz hissləri, yaşadıqlarımızı sözlə ifadə etmək çətindir. Dualarla qarşıladığımız neçə səhər, gözümüzün yaşını silən neçə zəfər xəbəri vardı. Əsgərlərimizi Allaha əmanət etmişdik, boğazımızdan keçən hər tikədə, aldığımız hər nəfəsdə onları düşünürdük. Neyləyək ki, Tanrı da cənnətinin qapısını bağlaya bilmədi 3000-ə yaxın igidə... Onlar getdilər, Vətən yolunda, Yurd uğrunda şəhadətə qovuşdular...
Bu savaş gördüyümüz, alışdığımız davalardan bir cəhəti ilə də fərqlənirdi. Əsgərlərimiz sağ olsun, azad etdikləri hər rayondan, kənddən videoları, fotoları sosial şəbəkələrdə paylaşır, ürəyimizə su səpirdilər. Düzü, bir neçə rayonun qurtuluş müjdəsini də ilk onlardan eşitdik. Hələ rəsmiləşməmişdi. Bizim Vətən savaşçıları videoları, görüntüləri imkan tapdıqca səhifələrində yayımlayır, yaxud da yaxınlarına göndərirdilər. Nəticədə cahana səs salırdılar: Şuşa, Füzuli, Qubadlı, Qarabağ hürdür, bizimdir!
Müharibəmiz zəmanənin tələblərinə uyğun idi. Az-çox biz də ordakı şəraiti görürdük. İndi savaşdan 2 ay keçib. Döyüşçülərimiz hələ də instaqramda, feysbukda cəbhə gündəliklərindən fotolar, rəsmlər paylaşırlar. Bir azdan sizə tanıdacağım Yunus kimi... O, Vətən müharibəsinin iştirakçılarındandır. Sosial şəbəkə platformalarının birində səhifəsini gördüm. Həmsöhbət olmaq qərarına gəldim. O da sağ olsun, yox demədi, razılaşdı. Qısa söhbət etdik. Demə, bu gənc Şuşa fatehlərindən biridir. Özü və döyüşə yollanması barədə qısaca bunları deyir:
Yunuszadə Yunus Murad oğlu. 19 yaşım var, əsgərəm. 18 yaşımda Vətən borcumu yerinə yetirmək üçün hərbiyə yollanmışam, 18 aydır xidmətdəyəm. Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
- Döyüş yolun hardan başladı?
- Sentyabrın 27-si səhər saat 07:30-da Füzulidə döyüşə girdik.
- 44 günlük müharibə müddətin necə keçdi?
- İlk 3 gün çətin idi. Sonra alışdıq. Ölümü gözə almışdıq. Bizim üçün ən çətin Füzuli döyüşləri oldu, 33 gün vuruşduq. Ondan sonra düşmən yavaş-yavaş geri çəkilirdi.
- Bəs davamı necə oldu?
- Hadruta getdik, oranı çoxdan boşaltmışdılar. İki gün Hadrutda qaldıqdan sonra briqadamız Şuşaya girdi.
Hadrutda çəkilmiş videosunu ataraq: Bura Hadrutdur..
- Allah hər birinizin köməyi olsun. Orda hansı hissləri keçirtdin? Mənən yaşadıqlarını xatırlayırsanmı?
- Çox şey danışmaq olar. Sadəcə savaşda birlik gördüm. Həm mülki əhali, həm də hərbçilər həmrəy idi, fəxr etdim. Döyüşdə dostlarımı itirdim. Bacardıqlarımıza kömək etdik. Və əziyyətimizi dəyərləndirən cənab prezidentə təşəkkür edirəm, 2 medala layiq görülmüşəm.
- Mən də səni təbrik edirəm. Gəl, yenidən döyüşlərə qayıdaq. Eşitmiş olarsan, xüsusilə də Şuşadakı şücaətiniz dünyaya səs salıb...
- Şuşada meşə içi döyüşlər oldu, elə məqamlar vardı ki, əlbəyaxa vuruşurduq. Yavaş-yavaş şəhərə daxil olurduq. Düşmənin geri çəkildiyini görürdük.
Şuşada ən çətini döyüş zamanı düşmənlə məsafənin yaxın olması idi. Onlar Azərbaycanca danışırdılar. Bizi tələyə salmaq istəyirdilər.
- Bir xeyli erməninin canını almısız yəqin...
- Mən və əsgər yoldaşlarım üstümüzə düşən qədər düşməni məhv etdik..
- Şuşanın gözəlliyi dillərdə dolanır. Nə xoş ki, sən o məkanı görmüsən. Deyildiyi qədər valehedicidirmi?
- Şəhər bizə möhtəşəm görünürdü. Balaca olsa da gözəldir. Yadıma düşmüşkən vəzifəmi də deyim.
- Əlbəttə, buyur...
- Sanitar-atıcıyam, ilk işim döyüş meydanından yaralıları çıxartmaqdır. Müharibə müddətində 120-ə yaxın yaralını, təxminən 80 şəhidi atəş altından qurtarmışıq.
- Ölümlə burun-buruna gəldiyin bir anın oldumu?
- Yaralıları götürməyə gedəndə Füzulidə snayper bizi hədəf aldı. Təxminən 5-6 saat snayperin atəşinin altında qaldıq. Hava qaralanda çıxdıq. Ölümə yaxın olduğumu orda hiss etmişdim.
Söhbəti yekunlaşdırmaq istəyir Yunus. Mən də təşəkkür edib, sağollaşıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə