Şuşada Həmrəylik Günü və Yeni il böyük coşqu ilə qeyd olunub

Şuşa şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı xüsusi təntənə və möhtəşəmliklə qeyd olunaraq yaddaşlara həkk olunub.

APA xəbər verir ki, Şuşanın “Güllü bağ” ərazisində təşkil edilən bayram tədbirində sakinlərin sevinc dolu əhval-ruhiyyəsi, gün boyu səslənən musiqi və bayram ab-havası konsert proqramını daha da rəngarəng edib.