Taksilərin yağışlı günlərdə qiymət artımı: Həll yolu taksometrlərin yerləşdirilməsidir
Məlahət Rzayeva
13:36 14.12.2019
Gündəm
772
Paytaxtın yağışlı günlərinin problemi təkcə yollar, keçilməz səkilər, tıxaclar deyil. Həm də yağışlı havadan maksimum faydalanmağa, əslində isə insanların çarəsiz durumundan sui-istifadə etməklə daha artıq gəlir əldə etməyə can atan taksi sürücüləridir. Bəli, elə ki, göydən yerə azacıq artıq miqdarda yağmur düşdü, taksi sürücüləri “firon”a çevrilir (“Bağdadda kor xəlifə” məsəli artıq dəbdən düşüb, çünki daha Bağdadda xəlifə-zad qalmayıb – red), başlayırlar qiymət “oxumağa”. Havanın xoş vaxtlarında 2-3 manata, adambaşı 1 manatdan müştərini çıraqla axtaran sürücülər yağışda qiyməti 2 qat qaldırır.
“20 Yanvar” dairəsindən Xırdalana, Masazıra sərnişin daşıyan taksilər 10-15 manat qiymət qoyurlar. Problem bundadır ki, taksi sürücülərinə nəzarət edən, qiymətlərin niyə bu qədər qaldırıldığını, müştəri ilə manipulyasiya edilməsinin qarşısını alan da yoxdur. Belə çıxır ki, taksi sürücüləri hər hansı məsuliyyətdən və qanundan kənardır?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, konkret taksi xidməti şirkətləri ilə çalışan sürücülərlə, Bakı Nəqliyyat Agentliyindən alınmış lisenziya əsasında çalışan sürücülər arasında fərq var:
-Əgər siz konkret hansısa taksi şirkətinə xidmət üçün sifariş verirsinizsə, sizə gedəcəyiniz məsafəyə uyğun tarif söyləyirlər. Taksi şirkətləri məsafəyə uyğun qiymət təyin edir və bunu sifariş verən müştəriyə öncədən bildirirlər. Razılıq alındıqda taksi sifarişə göndərilir. Belə olduğu təqdirdə əgər sürücü mənzil başına çatdıqda, ya da avtomobil hərəkətdə ikən qiymət dəyişikliyi edirsə, əlbəttə, müştəri şirkətlə əlaqə saxlayıb narazılığını bildirməlidir və gediş haqqını öncədən təyin edilmiş tarif üzrə ödəməlidir. Taksi şirkətlərindən narazılıq günün “pik” saatlarında və yağışlı havalarda qiymətlərin qaldırılıması olur, amma gərək bunu anlayışla qarşılayaq. Çünki “pik” saatlarda və yağışlı havalarda avtomobillər yolun sürüşkən olması və tıxaclar səbəbindən həqiqətən də adi vaxtlara nisbətən daha artıq yanacaq və zaman sərf edirlər. Ədalət naminə bunu qəbul etməliyik. Qaldı ki, özəl taksilərin yağışlı havada qiymətləri qaldırmasına, bunun tənzimləyici mexanizmi təəssüf ki, hələ də yoxdur. Şəxsi taksilər BNA-dan alınmış lisenziya əsasında fəaliyyət göstərir və rüsum ödəyirlər. Onların müştəriyə istənilən qiyməti təklif etməkdə sərbəstdirlər. Burada konkret tarif şərtləri yoxdur. Bu məsələ müştəri ilə sürücü arasındakı razılaşmadan asılıdır. Bu sürücüləri cərimə etmək mexanizmi də yoxdur. Şəxsi taksilər özlərinə sərf edən şərtlər daxilində fəaliyyət göstərirlər. Bu problemin aradan qaldırılmasının yeganə yolu avtomobillərə taksometrlərin yerləşdirilməsidir. Onu da hələ edən yoxdur.
Bir sözlə, gərək çalışasan, yolda qalmayasan.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya